Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2020

Neft 20 dollara düşərsə, ərəb ölkələri "tükənəcək"

Səudiyyə Ərəbistanı və qonşuları yaxın zamanda ciddi maliyyə problemləri ilə üzləşə bilər.

Bunu "Blumberq"in yazarı Devid Finklinq qeyd edib. O bildirib ki, mövcud müharibə körfəz ölkələrindəki qeyri-sabit iqtisadiyyatın ağır veksellərlə qarşılaşmasını sürətləndirəcək.

BVF-nin hesabatında 2014-2018-ci illərdə Qətər, Küveyt, BƏƏ, Səudiyyə, Bəhreyn və Omanın maliyyə aktivlərinin əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən müəllif bu 6 ölkənin aktivlərinin 4 il ərzində təxminən yarım trilyon dollar azalaraq, 2 trilyon dollara düşdüyünü bildirib:

“Əgər neftə tələbat zirvəsinin ən tezi 2040-cı ilin əvvəlində olacağını nəzərə alsaq, BVF-nin mütəxəssislərinin fikirinə görə, bu pul 2034-cü ilə qədər kifayət edəcək. Ancaq neftin 1 barreli 20 dollar olacağı təqdirdə aktivlər daha sürətlə tükənəcək və 2027-ci ildə bu ölkələrin kassaları boşalacaq”.
406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP