Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2020

İranda 38 milyon insan koronavirus testindən keçirildi

İranın Səhiyyə naziri Səid Nəməki ölkədə 33 milyon insanın koronavirus testindən keçirildiyini açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Nazirin sözlərinə görə, test prosesinə İran Səhiyyə Nazirliyinin 40 min personalı cəlb edilib.

Nazir epidemiyanın ilk günləri ilə müqayisədə çox azalma müşahidə olunduğunu da qeyd edib.

Nəməki bildirib ki, İran əhalisinin təxminən 60 faizi nazirliyin tövsiyəsinə əsasən evlərindən çıxmır.
298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP