Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2020

Ayətullah Xamenei: ABŞ koronavirusla bağlı əgər nəsə edə bilirsə, öz xalqına kömək etsin

"ABŞ rəsmiləri də çox qəribə danışırlar. Çünki birincisi, özlərinin xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı təchizat və dərman pereparatları sahəsində çatışmazlıqları var. Onların bəzi məsul şəxsləri bu dəhşətli çatışmazlığın olduğunu açıq şəkildə qeyd edirlər. Buna görə də əgər imkanları varsa, öz camaatlarına kömək etsinlər”.

“Leader.ir” saytı xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Xamenei ABŞ rəsmilərinin koronavirusla mübarizədə İrana dərman yardımı etməyə hazır olduğuna dair iddialarına münasibət bildirərkən deyib.

Ali Rəhbər Ayətullah Xamenei bu gün televiziya vasitəsilə İran xalqına ünvanladığı canlı müraciətdə Allah Təaladan koronavirus bəlasını çox tez bir zamanda İran xalqı və bəşəriyyətin üzərindən götürməsini dilədi.
Bütün gigiyenik göstərişlərə əməl edilməsinin zəruriliyini vurğulayan Ali Rəhbər, hər kəsi böyük Məbəs bayramı münasibətilə təbrik edib: “Çox əzəmətli Məbəs hadisəsinin əhəmiyyəti o qədərdir ki, Qurani-Kərimdə qeyd edildiyi kimi, Allah bütün böyük peyğəmbərlərdən (ə) Məbəs vaxtı sonuncu peyğəmbərə həm iman gətirmələri, həm də öz ümmətlərinə İslam peyğəmbərinə iman gətirməklə yardım göstərmələrini vəsiyyət etməklə bağlı əhd almışdır”.

Ayətullah Xamenei İslamın dəyər sisteminin, o cümlədən fərdi və sosial dəyərlər sistemi, azadlıq, sosial ədalət və həyat tərzinin Əziz İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsinin həqiqətlərinin digər mühüm hissəsi olduğunu dedi: “Xalqın bütün fərdləri və insan cəmiyyətləri bu dəyərlərə əməl etdikləri təqdirdə həyatın həqiqi və şirin mənasını dərk edəcəklər”.

"Bəziləri güman edir ki, azadlıq və sosal ədalət anlayışları Qərbdən gəlir" - deyən Ayətullah Xamenei bildirib ki, ancaq Qərb üç-dörd əsrdir ki, bu anlayışlarla tanışdır. “Halbuki İslam 1400 il bundan qabaq bu anlayışları bəşəriyyətə ərməğan etmiş, qərblilərin ədalətsiz davranışlarından fərqli olaraq İslamın ilk günündən və mümkün olan hər yerdə onları reallaşdırıb”.

Ayətullah Xamenei qeyd etdi ki, İslam dövlətinin təşkili besət həqiqətlərinin gerçəkləşdirilməsinə zəmin yaradır və zəruridir: “Əgər siyasi qüdrət formalaşmasa, quldurlar, imperialistlər, azadlıq və ədalət müxalifləri, bəşəriyyətin digər düşmənləri, habelə tənbəllik kimi bəzi xüsusiyyətlər bu anlayışlar, dəyərlər və hökmlərin reallaşmasına, insanın ixlas və inkişaf yolundakı hərəkətinə imkan verməz. Məhz elə bu səbəbdən də sonuncu Peyğəmbər (s) ilk mümkün fürsətdə Mədinəyə hicrət edərək, dövlət qurdu”.

O, bildirdi ki, İslamın ayrı-ayrı zamanlardakı, o cümlədən besətin ilk yüzilliklərindəki inkişafı besət həqiqətlərinin əsaslı olmasından irəli gəlmişdir: “İslamın təbiəti - inkişaf və daha da güclənməkdir. Əgər bu gün də besət reseptinə sədaqətlə əməl edilsə, İranı müxtəlif yönlərdən yüksək zirvələrə çatdıra və İslam mədəniyyətini ən uzaq üfüqdə gerçəkləşdirə bilərik”.

Ayətullah Xamenei çıxışının davamında Allah Təalanın Quranda İlahi peyğəmbərlər (ə) və İslam Peyğəmbərinə (s) qarşı aparılan genişmiqyaslı düşmənçiliklərlə bağlı buyurduqlarına işarə edərək, İslam dövlətinə qarşı aparılan genişmiqyaslı düşmənçiliklərin təəccüblü olmadığını dedi: “İslam Respublikasının düşmənləri arasında ABŞ - ən mənfur və ən inadkar düşməndir. Çünki onun rəhbərləri yalan, hoqqabazlıq, tamahkarlıq, həyasızlıq, şarlatanlıq da daxil olmaqla müxtəlif çirkin əxlaqi xüsusiyyətlərə malik insanlardır. Bundan əlavə, zalım, terrorçu, çox qəddar və daşürəklidirlər”.

Ayətullah Xamenei bildirib ki, Allah Təala düşmənlərlə mübarizə aparmaq üçün İslam Peyğəmbərinə (s) besətin ilk günündən bir qayda öyrətdi. Bu qayda səbir, yəni əzmkarlıq, müqavimət, dəqiq hesablama aparmaqla düşmənin hiylələri qarşısında dəyişməzlik, müəyyən edilmiş yüksək məqsəd istiqamətində yüksək əhval-ruhiyyə ilə hərəkət etmək, yola davam etmək prinsiplərindən ibarətdir”.

"Səbir və dözümlülük ağıl, tədbir və məşvərətlə müşayiət olunarsa, qələbə qəti olacaq" - deyən Ayətullah Xamenei bildirib ki, qətiyyətlə deyirəm ki, İran xalqı - səbirli xalqdır: “Xalq bu qırx ildə öz səbir və dözümlülüyünü göstərmişdir. Baxmayaraq ki, rəhbər şəxslər və ya ziyalınümalar bəzən səbirsizlik edərək, hətta düşmənlərlə əməkdaşlıq etmək sərhədlərinə qədər irəliləmişlər. Səbir etmək təslim olmaq deyil, zəifləməmək və tərəddüdə düşməmək, şücaət və tədbirlə düşmənin qarşısını alıb, onu məğlub etməkdir”.

Ayətullah Xamenei ölkənin güclənməsinin zəruriliyi ilə bağlı son fikirlərinə işarə edərək, bunun müdafiə və hərbi sahədən daha üstün olduğunu dedi: “Güclənmə - iqtisadi, elmi, mədəni, siyasi və təbliğat aspektlərindən güclənməni ehtiva edir”.

Ayətullah Xamenei vurğuladı ki, güclənmək üçün müəyyən vasitələrə ehtiyac var: “Bu vasitələrdən biri ölkə əhalisinin gənclər çoxluğunu qorumaqdır. Bu cəhətdən də son illər bu məsələ dəfələrlə vurğulanmışdır”.

O qeyd etdi ki, virutal məkanda güc və üstünlük, səhiyyə və müalicə sahəsində inkişaf və üstünlük (əlbəttə, bu sahədə çoxlu sayda işlər və elmi tədqiqatlar həyata keçirilmişdir) - güclənməyə aid olan vasitələrdəndir: “İstehsal sıçrayışı - güclənmə vasitələrindəndir. Əlbəttə, qaçaqçılıq və düşünülməmiş idxalatla mübarizə, istehsalçılara stimullar verilməsi və dövlət yardımlarından sui-istifadələrə qarşı hüquqi mübarizə məsələləri ilə bağlı zəruri göstərişlər var. Qeyd olunan işlər bu il həyata keçirilməlidir”.

Ayətullah Xamenei dünyanı bürümüş koronavirus epidemiyasından da danışıb: “Demək olar ki, dünyanın bütün ölkələrinə yayılmış bu virus, bəzi ölkələrin xəstəlik və tələfatlarla bağlı həqiqətləri deyib, bəzilərinin gizlətməsi Quranın qorxu, iqtisadi problemlər və canların tələf olması bəlasından bəhs edən bir ayəsinin nümunəsidir. Ancaq Allah Təala bu bəla qarşısında da səbri tövsiyə edir”.

O əlavə etdi: “Səbir deyilərkən, burada işləri düzgün və ağılla görmək, yəni insanların özləri və ölkə əhalisinin canını qorumaq, bu təhlükəli xəstəliyi nəzarətdə saxlamaq üçün əlaqədər qurumların göstəriş və tövsiyələrinə əməl etməsi nəzərdə tutulur”.

Ayətullah Xamenei ABŞ rəsmilərinin, İran istəyəcəyi təqdirdə dərman və müalicə pereparatlarını göndərəcəkləri ilə bağlı bir neçə dəfə verdikləri açıqlamalara işarə edərək dedi: “Amerikalılar da çox qəribə danışırlar. Çünki birincisi, özlərinin xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı təchizat və dərman pereparatları sahəsində çatımazlıqları var. Onların bəzi məsul şəxsləri bu dəhşətli çatışmazlığın olduğunu açıq şəkildə qeyd edirlər. Buna görə də əgər imkanları varsa, öz camaatlarına kömək etsinlər.

İkincisi, Amerikalılar özləri bu virusu yaratmaqda ititham edildikləri halda, hansı ağıllı insan bu ölkənin yardımını qəbul edər?”

"Amerikalılara heç bir inam yoxdur" - deyən Ali Rəhbər bildirdi ki, çünki elə dərmanlar göndərərlər ki, virusu İranda ya daha da çox yayar, ya da daha qalıcı edər. “Hətta müalicə həkimləri adı altında elə admlar göndərərlər ki, deyilənə görə, bir hissəsi xüsusilə yalnız İran üçün düzəldilmiş bu virusun təsirinin necə olduğunu öyrənib məlumatlarını təkmilləşdirər və düşmənçiliklərini daha da artırarlar. Amerikalıların sözləri qəbuledilməzdir”.

Ali Rəhbər çıxışının sonunda bütün xalqa Koronavirus ilə Milli Mübarizə Fondunun rəhbərlərinin göstərişlərini ciddiyə alıb, əməl etməyi tövsiyə etdi: “Bu qaydalara əsasən, dini komplekslər və pak hərəmlər tətilə çıxdı. Tariximiz boyu bunun analoqu olmamışdır. Ancaq çarə yoxdur, vəziyyət belə tələb edir”.

Ali Rəhbər Allah Təalanın çox tez bir zamanda bu bəlanın İran xalqının, müsəlman xalqların və bütün bəşəriyyətin üzərindən götürəcəyinə ümidvar olduğunu dedi./maide/
127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP