Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2020

Yəmən ordusu təcavüzkarların ən böyük bazasını ələ keçirdi

Yəmən ordusu və xalq komitələri Mərib əyalətində yeni uğurlar əldə edib.
“Xəbər əl-Yəməni” informasiya mərkəzinin verdiyi xəbərə görə, Yəmən ordusu bu ölkə əleyhinə ərəb hərbi koalisiyasının Mərəbin Səravih məntəqəsində (Məribin 10 km-də) yerləşən “Kəvfəl” ən böyük bazasına nəzarəti ələ keçirib.
İstefa vermiş Mənsur Hadi dövlətinə bağlı medialar da bu xəbəri təsdiq edərək, bazanın süqut etməsinin səsəbini Yəmən ordusunun 3 istiqamətdən Məribə güclü hücum etməsi kimi göstərib.
“Əl-Minar” telekanalı da bununla bağlı xəbərində bildirib ki, Yəmən ordusu və xalq komitələri Məribin 3 km-də yerləşən Tələtul-Həmrə məntəqəsinə çatmışdır və son 12 saatda döyüşlər çox şiddətli olmuşdur.
Eyni zamanda Yəmən ordusu Beyza əyalətində Qaniyə cəbhəsində (Məribin cənub hissəsində) təcavüzkar ərəb koalisiyasına qarşı digər bir əməliyyata başlayıb və bu cəbhə süqut etmək üzrədir. Qaniyə cəbhəsi süqut etdiyi surətdə, Məribin şimal, qərb və cənub istiqamətdən mühasirəsi təkmilləşəcək.
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP