Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2020

Liviya: Ərdoğan terrorçuları Liviyaya köçürür

Liviya Milli Ordusunun mətbuat katibi Əhməd əl-Mismari Türkiyə prezidenti Ərdoğanın hər həftə 300-400 terrorçunu Suriyadan Liviyaya köçürməkdə ittiham edib.
Əl-Mismari deyib: “Ərdoğan “Razılaşdırma Hökumətinin” yanında döyüşmək üçün hər həftə 300-400-ə qədər muzdlunu Liviyanın qərbinə köçürür.”

Mətbuat katibi Liviyada türkiyəli hərbçilərin öldürülməsini xəbər verərək deyib: “Terrorçular beynəlxalq qanunlara görə təhlükəsiz sayılan sərnişin təyyarələri və qeyri-hərbi gəmilər vasitəsilə Liviyaya köçürülür. Bu gəmilərdən bəzilər digər ölkələrin bayrağı altında üzürlər. Biz hətta Livan bayrağı altında üzən gəmiləri izlədik.”

Əl-Mismari vurğulayıb: “Liviyaya göndərilmiş türkiyəli zabitlər təqribən 1000 nəfər, Ərdoğanın Suriyadan göndərdiyi terrorçular isə 7500 nəfərdir. Bir neçə gün əvvəl Liviya ordusu Türkiyənin Maytiqada yerləşən bazasını vuraraq bir neçə türkiyəli hərbçi və muzduru məhv etdi.”
Mətbuat katibi bildirib ki, terrorçular Tunislə sərhəddə bazalar yaradırlar ki, Trablosu itirdikləri surətdə o bazalara sığınsınlar.
Əl-Mismari Xəlifə haftarın Suriyaya səfər etməsi ilə bağlı yayılmış xəbərləri də təkzib edib.
125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP