Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2020

Qərbi Asiya yenidən alovlanacaq: İraq müharibəyə hazırlaşır

İraq Parlametni təhlükəsizlik komissiyasının üzvü: Amerika bu ölkədə qalmağa israr etsə, onun çıxarılması üçün hərbi variant masa üzərindədir.
“Bağdad əl-Yəvm” qəzetinin yazdığına görə, İraq Parlamenti təhlükəsizlik və müdafiə komissiyasının üzvü Kərim Əlavi deyib: “İraq dövləti xarici qüvvələrin ölkədən çıxarılması barədə Parlamentin qərarını icra etməlidir. Bu qərar siyasi və ictimai dəstəyə malikdir, dövlətin vəzifəsi onu icra etməkdir.”
Əlavi vurğulayıb: “Amerika İraqda qalmağa israrlı olsa, amerikalı qüvvələri ölkədən çıxarmaq üçün bir neçə plan vardır və həmin planlar uğurlu olmadığı surətdə cümə günü iraqlı qüvvələrə vəhşicəsinə hücum etmiş işğalçıların qovulması üçün hərbi variant nəzərdən keçirilir.”
Təhlükəsizlik və müdafiə komissiyasının üzvü bundan əvvəl Amerika koalisiya qüvvələrinin yerləşdiyi Taci bazasına hücumla bağlı Vaşinqtonun bu hücumu Həşd-Şəbi qüvvələri tərəfindən həyata keçirilməsi barədə iddialarına cavab verərək demişdi: “Hal-hazırda Amerikanın senarisi İraqda daxili vəziyyəti gərginləşdirmək və böhran yaratmaqla ölkəni qarışdırmaqdır.”
Əlavi amerikalı qüvvələrinin yerləşdiyi bazalara, o cümlədən Taci bazasına raket atılmasını Amerikanın böhran yaratmaq üçün məlum metodu adlandıraraq deyib: “Amerikaya yaxın qüvvələr, o cümlədən BƏƏS rejiminin qalıqları və İraqda daxili durumu gərginləşdirmək istəyən bir sıra daxili qüvvələr bu raket hücumunu təşkil edirlər. Baxmayaraq ki, bütün bu işlərin arxasında Amerika özü dayanır.”
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP