Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2020

İmam Hüseyn (ə) Hərəminin Qəyyumluğu: Kərbəla Hava Limanı qeyri-hərbidir və ona hücumun heç bir əsası yoxdur

Amerika təcavüzkarlarının bu gecə Kərbəlada inşa edilməkdə olan hava limanını bombalamasının ardınca İmam Hüseyn (ə) Hərəmi Qəyyumluğu bu hücumu təcavüzkarlıq adlandırıb.

“Əl-Sumaria” saytının yazdığına görə, İmam Hüseyn (ə) Hərəmi Qəyyumluğu bəyanat yayaraq bildirib ki, bu gecə Kərbəla Hava Limanının bombalanması nəticəsində burada işləyən bir nəfər fəhlə həlak olub və iki nəfər yaralanıb. Bundan əlavə, limanın təsisat və xidmət idarələrinə ağır ziyan dəyib.

Bəyanatda vurğulanır: “Kərbəla Hava Limanı tamamilə qeyri-hərbidir və İmam Hüseyn (ə) Müqəddəs Hərəmi Qəyyumluğu bir neçə şirkətlə birlikdə onun tikintisinə nəzarət edir. Burada işləyən kadrlar da İraq mülki vətəndaşlarıdır.” 

Qəyyumluğun bəyanatının sonunda deyilir: “Dünən gecə baş verən hücum açıq-aşkar təcavüzkarlıq idi və bunun heç bir əsası yoxdur. Qəyyumluq bütün daxili və xarici KİV-ləri bu təcavüzkarlığı sənədləşdirməyə, bu hava limanının tamamilə qeyri-hərbi olması barədə informasiya verməyə və ona dəyən xəsarətin dəyərini qeyd etməyə dəvət edir.”
156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP