Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2020

Suriya ordusu İdlib və Hələbdə daha 3 qəsəbəni azad etdi

Suriya ordusu Hələb və İdlib ətrafında apardığı əməliyyatlarda bu gün daha 3 qəsəbəni terrorçulardan azad edib.
Suriya televiziyasının verdiyi xəbərə görə, ordu qüvvələri Hələb əyalətinin qərbində Kəfərdail və Şəvihənə qəsəbələrini onların ətraf məntəqələri ilə birlikdə azad edib.
Bu xəbərə görə, Suriya ordusu terrorçuların işğalı altında olan Tamurə, Həyyan, İndan, Həriytan, Qubbətan əl-cəbəl, Əncarə, Bəşqateyn məntəqələrinə üç istiqamətdən hücum edib.
Bundan əlavə, İdlibdə Xan Şeyxunun şimal-qərb hissəsində Rakaya qəsəbəsini Türkiyə rejiminin logistik dəstək verdiyi Cəbhətun-nusrə və digər terror qruplarından azad edib.
Suriya televiziyası həmçinin ötən həftə terrorçulardan azad edilmiş Mənsurə və Xan Əsəl qəsəbələrində təmizləmə əməliyyatlarının həyata keçirildiyini göstərib.
392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP