Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2020

BMT Ərəbistanın Yəməndə dinc əhalini qətliam etməsini pislədi

BMT-nin Yəməndə humanitar işlər üzrə əlaqələndiricisi Ərəbistan rejiminin Cəvf əyalətində mülki şəxsləri qətliam etməsini “dəhşətli” adlandırıb.
Lisa Grande deyib ki, hadisə yerindən verilən hesabatlara əsasən, 15 fevralda Cəvf əyalətinə edilən hava hücumunda 31 nəfər mülki şəxs həlak olub və 12 nəfər yaralanıb.
BMT təmsilçisi əlavə edib: “Yəməndə çoxlu sayda dinc əhali qətlə yetirilir və bu faciəyə hər hansı bəhanə gətirmək qəbuledilməzdir.”
“Anatolu”-nun verdiyi xəbərə görə, L. Grande vurğulayıb ki, zor gücünə əl atan tərəflər beynəlxalq qanunlara əsasən mülki şəxsləri himayət etməlidir.
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP