Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2020

Ərəbistan qırıcısının intiqamını dinc əhalidən aldı-30 nəfər şəhid oldu

Ərəbistan rejiminə aid qırıcılar bu gün Cəvf əyalətində yerləşən Məslub məntəqəsini bombalayıb və 30 nəfər mülki şəxs şəhid olub.
Yəmən Səhiyyə Nazirliyinin mətbuat katibi Yusif əl-Haziri mediaya verdiyi açıqlamada deyib: “Təcavüzkar Ərəbistan qırıcılarının dünən axşam Məslub şəhərində yaşayış məntəqələrinə hücumu nəticəsində indiyə kimi həlak olanların sayı 30 nəfərə çatıb. Şəhid olanlar arasında qadın və uşaqlar da vardır.”
Mətbuat katibinin “Əl-Məsirə”-yə verdiyi açıqlamaya əsasən, ağır hava hücumu yaralılara ilk saatda yardım edilməsinə mane olub.
Xatırladaq ki, dünən Ərəbistana aid “Tornado” tipli qırıcısı Cəvf əyaləti üzərində düşmənçilik əməliyyatı həyata keçirərkən Yəmən ordusu tərəfindən vurulub. Bundan qəzəblənən Ərəbistan vurulmuş qırıcıya baxmaq üçün onun yanına toplaşmış mülki vətəndaşları bombalayıb.
200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP