Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2020

Suriya ordusu İdlibdə Türkiyənin əməliyyat otağının yaxınlığına çatdı

Suriya ordusu qəflətən əməliyyat istiqamətini dəyişərək öz hücum oxunu İdlibin şərqində yerləşən Kəfər Hələb məntəqəsindən Təftənaz şəhərinə tərəf yönəldib.
“Sputnik”-in verdiyi xəbərə görə, İdlibdə yerləşən Təftənaz hava bazası Türkiyənin terrorçularla birgə əməliyyat otağı və strateji mərkəz sayılır. Ankara bir neçə vaxt bundan əvvəl Təftənaz və Sərmində 900 hərbi avtomobil və silah-sursat yerləşdirib.
Suriyalı qüvvələr bu istiqamətdə Məarrat ən-Nəsan qəsəbəsində terrorçuların mövqelərini raket və artilleriya atəşinə tutaraq Cəbhətün-nüsrə terrorçularını qəsəbədən çıxarıb və bu məntəqədə nəzarəti ələ alıb.
Suriya ordusunun xüsusi briqadası olan 25-ci briqadada olan hərbi mənbə bildirib ki, Məarrat ən-Nəsan qəsəbəsi Təftənaz hava bazasının şimalında yerləşir və ordu qüvvələri qəsəbəyə və Təftənaz hava bazasına tərəf irəliləməyə təlaş edir.
Təftənaz hava bazası hal-hazırda Türkiyə və Cəbhətul-vətəniyyət-təhririn yanında fəaliyyət göstərən Ənsarut-tohid, Əcnadul-Qafqaz, Cəbhətün-nüsrə terror qruplarının birgə əməliyyat otağıdır.
Ötən həftə Suriya və müqavimət qüvvələrinin irəliləyişlərinin ardınca Türkiyə bu bazada terror qruplarının başçıları ilə mühüm iclas keçirdi.
205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP