Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2020

BƏƏ öz qüvvələrini Yəməndən çıxartdı-Ərəbistan tək qaldı

Birləşmiş Ərəb Əmirliklərinə aid rəsmi “WAM” xəbər agentliyi bu ölkə qüvvələrinin Yəməndən çıxdığını bildirib.
Bu xəbərə görə, BƏƏ televiziya kanalları ölkənin silahlı qüvvələrinin Yəməndən qayıtmasını bayram etmək məqsədilə müştərək yayım proqramı həyata keçiriblər.
Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayed və Dubay əmiri Məhəmməd bin Raşid öz Tvitter səhifələrində BƏƏ hərbçilərinin Yəməndən qayıtması və onların qarşılanmasından yazıblar.
BƏƏ müdafiə naziri Məhəmməd bin Əhməd əl-Bəvaridi də bu xəbəri təsdiq edib.
5 il bundan əvvəl Ərəbistan, Bəhreyn, Sudan, Misir, Küveyt, BƏƏ, Mərakeş kimi bir neçə ölkə hərbi koalisiya yaradaraq Yəməndə xalq inqilabını boğmaq üçün bu ölkəyə hücum etdi. Lakin Ənsarullah Hərəkatı qüvvələrinin 5 il boyunca düşmənə ibrətli dərsləri koalisiyanın dağılmasına səbəb oldu. BƏƏ Yəməndən öz qüvvələrini çıxardıqdan sonra artıq Ərəbistan meydanda tək qalıb. Ərəbistan isə yəmənli qüvvələrin Aramco da olmaqla, bu ölkənin mühüm obyektlərinə hava hücumlarından sonra müharibədən abırlı şəkildə çıxmaq üçün yollar axtarır.
252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP