Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2020

Kim Çenin "edam etdirdiyi" xalası 7 il sonra...

Şimali Koreya lideri Kim Çen İnin xalası Kyonq Hui 7 il sonra ictimaiyyət qarşısına çıxıb.

73 yaşlı Hui ölkənin yüksək rütbəli məmurlarının iştirak etdiyi tədbirdəki tamaşaçılar arasında görünüb. Qeyd edək ki, Kyonq Hui 10 il əvvəl ölkənin vacib fiqurlarından hesab edilirdi. Müxtəlif vacib vəzifələri icra edən 73 yaşlı qadının, hərbi sahədə də xidmətləri olub.

İddialara görə, Kim Çen İnin lider postuna hazırlanmasında xalasının rolu böyük olub. 2013-cü ildə Huinin həyat yoldaşı Yanq Sonq vətənə xəyanət ittihamı ilə edam olunub. Həmin hadisədən sonra Huinin taleyi maraq doğururdu. Bəzi mənbələr onun da edam edildiyini irəli sürmüşdü.
180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP