Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2020

İldırım sürətilə dünyanı bürüyən virus Ərəbistana çatdı

Çin əhalisinin canını alan koronavirus Ərəbistana çatıb.
Hindistan Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, bu ölkənin Ərəbistandakı vətəndaşlarından biri korona virusuna yoluxub.

Xarici İşlər Naziri öz Tvitter səhifəsində yazıb ki, Ərəbistanın Xamus Muşayt şəhərində yerləşən Əl-Həyat xəstəxanasında fəaliyyət göstərən 100 tibb işçisindən 1 nəfəri korona virusuna yoluxub.
Koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb.

Çinin materik hissəsindən başqa, Tayvan adası, Honkonq və Makao xüsusi inzibati bölgələri, Tailand, Cənubi Koreya, Yaponiya və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Vuxan şəhərinə səyahət edənlərdir.
210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP