Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2020

İmam Sadiq (ə) Universitetində “Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirildi

Şəhid Bakiri Cəmiyyətinin (Azərilər) təşəbbüsü ilə Tehranın İmam Sadiq (ə) Universitetində “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan və Rusiyadan gəlmiş qonaqlar, habelə Tehran universitetlərinin tələbələri iştirak edib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Şəhid Bakiri Cəmiyyətinin (Azərilər) təşəbbüsü ilə Tehranın İmam Sadiq (ə) Universitetində “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan və Rusiyadan gəlmiş qonaqlar, habelə Tehran universitetlərinin tələbələri iştirak edib.

Mərasim İmam Sadiq (ə) Universitetinin Qəyyumlar Heyətinin üzvü höccətül-islam Səid Məhdəvi Kəninin giriş çıxışı ilə başlayıb. Höccətül-islam Səid Məhdəvi deyib: “Biz azərbaycanlı qardaşlarımızın islami kimliklərini tələb etmələrini və bu məqsəd uğrunda atdıqları addımları hələ də unutmamışıq. Onlar qışın soyuq günlərində özlərini Araz çayına yetirdilər ki, Arazın bu tayındakı din qardaşlarının yanında olsunlar; öz qarşılarındakı tikanlı məftilləri qırdılar ki, bu, kommunist və sovet hökumətinin məhvi istiqamətində ilk addım olsun.

Azəri qardaşlar özlərini sərhədin bu tayına çatdıranda istədikləri yalnız Quran və dini kitablar idi. Bu, ən yaxşı göstərici və meyar idi və 70 il kommunistlərin hökumət etməsinə baxmayaraq bu məntəqədə Quran məktəbinin hələ də diri qaldığını və nəfəs çəkdiyini nümayiş etdirirdi.”

Tədbirin davamında Azərbaycan Respublikasının siyasi eksperti Ramiz Sarıyev çıxış edərək deyib: “Azərbaycan xalqı Qasim Süleymaninin şəhadətindən sonra sanki yeni bir 19 yanvar yaratdı. Bu səmavi insanın şəhadəti Qafqaz azərilərinin qəlbində kimliktələbliyi və öz əslinə qayıtmağı təzədən işıqlandırdı.”

Ramız Sarıyev çıxışının davamında deyib: “19 yanvar xalqın öz islami kimliyinə doğru könüllü hərəkəti idi. Lakin general Süleymaninin şəhadətindən sonra Azərbaycan xalqı bir daha göstərdi ki, kimlik ardınca olmaqdan əlavə, həm də İslam inqilabı dialoqu və İslam müqavimətini də istəyirlər.Azərbaycanda İslam düşmənlərini, xüsusilə də sionistləri qorxuya salan da məhz bu məsələdir.”

Siyasi ekspert vurğulayıb: “Azərbaycanın müsəlman xalqının Hacı Qasim Süleymaninin şəhadətinə görə kədərlənməsi və təsirlənməsi həm vitural, həm də real aləmdə tamamilə açıq-aydın görünürdü.”

Sarıyev çıxışının digər hissəsində deyib: “Bəziləri belə düşünür ki, SSRİ-nin o vaxtkı dövləti yolu qəsdən açdı ki, Azərbaycan əhalisi özünü İslami İrana çatdırsın. Beləliklə, Qırmızı Ordunun Bakıya yeridilməsi üçün bəhanə yaransın və 20 yanvar cinayəti baş tutsun. Lakin bu iddia səhvdir və bu məsələnin əksi düzgündür.
Onlar Azərbaycan xalqının İrana tərəf hərəkət etməsindən və cəmiyyətin çoxluğundan bərk qorxuya düşmüşdülər və qəzəblənmişdilər. Xalqı qorxutmaq və onların qiyamının qarşısını almaq üçün Kommunist Partiyası Mərkəzi Komitəsi və şəxsən Qorbaçovun göstərişi ilə SSRİ-nin müxtəlif yerlərindən geniş hərbi bölmələr Bakı darvazalarına köçürüldü və Qırmızı Ordu Bakıya daxil oldu, 20 yanvarda əhalini qətliam etdi. Bu cinayətdə 136 nəfər şəhid oldu və 700 nəfərdən çox insan yaralandı.”
239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP