Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2020

Müqtəda Sədr Amerika qüvvələrini İraqdan çıxarmaq üçün xalqı milyonluq aksiyalara çağırdı

İraq Sədr Hərəkatının lideri Müqtəda Sədr amerikalı terrrorçu qüvvələri İraqdan çıxarmaq üçün xalqı aksiyalara çağırıb.

“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, Sədr təcavüzkar qüvvələrin İraqın hava məkanı və suverenliyini pozduğunu vurğulayaraq ölkə xalqına müraciət edib. Müraciətdə deyilir: “İraq sizi köməyə çağırır. Süstlük və səhlənkarlıq etməyin, İraqın fəryadına çatın.” 

3 yanvarda Amerika qüvvələrinə məxsus dronlar helkopterlərin dəstəyi ilə İraq və beynəlxalq qanunları pozaraq İraqın rəsmi dəvəti ilə bu ölkəyə səfər etmiş general Qasim Süleymanini və Həşd-Şəbi könüllü xalq qüvvələrinin komandan köməkçisi Əbu Məhdi əl-Mühəndisi terror etmişdir.

Amerikanın bu cinayətinin ardınca İraq Parlamenti amerikalı qüvvələrin ölkədən çıxması barədə qərar qəbul etmişdir.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP