Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2019

“Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək” – Bəşər Əsəd

Suriya BMT qarşısında neftinin oğurlanması məsələsini qaldıracaq və ABŞ-dan kompensasiya tələb edəcək.

Bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Əlbəttə ki, siz, mən, bir çoxu gözəl anlayır ki, BMT, əslində, mövcud deyil, belə ki, beynəlxalq hüquq anlayışının özü bu gün yoxa çıxıb. Biz bu gün meşəni xatırladan bir dünyada yaşayırıq. Dünyada yaranmış vəziyyət İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. Eyni vəziyyət yaranıb. Buna baxmayaraq, biz öz şikayətimizi edəcəyik, lakin öncədən bilirik ki, müraciətimiz rəfdə qalaraq, kiflənəcək”, – deyə Suriya lideri vurğulayıb.
193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP