Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2019

İslami Cihad: Əbül-Ətanın terror edilməsi cavabsız qalmayacaq

Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən olan Xalid Cəradat bu hərəkatın hərbi qolunun komandiri Bəha Əbül-Ətanın sionit rejim tərəfindən terror edilməsinə münasibət bildirərək deyib: “Azad insanların və İmam Hüseynin (ə) yolu qanla yoğrulmuşdur. Sözsüz, zülmkarlar özlərinin zülm, işğalçılıq və cinayətləri qarşısında şücaətli insanların dayanmasını görmək istəmirlər. Bəzi ərəb dövlətləri də sionist-Amerika koalisiyasının razılığını qazanmaq üçün işğalçı rejim qarşısında baş əyirlər. Mücahidlərin və azad insanların İmam Hüseynin (ə) yolunu davam etdirərək batillə mübarizə aparmasını görmək onlar üçün olduqca çətin gəlir. Zülmkarlar İmam Hüseyn (ə) bayrağını tutanları məhv etməyə çalışırlar. Lakin zillət bizdən uzaqdır.”
İslami Cihad Hərəkatının rəhbəri vurğulayıb: “Sionist rejim hər hansı bir cinayətə mürtəkib olsa, şiddətli cavabla üzləşəcək. Belə qorxaq terrorlar həyata keçirən cinayətkar düşmən İslami Cihad övladlarının, İmam Hüseynin (ə) yolunu davam etdirən azad, mücahid və qəhraman övladların bu cinayəti cavabsız qoymayacağını görəcək. İstər sionist cinayətkarlar olsun, istərsə də digər cinayətkarlar öz cavablarını alacaqlar.”
179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP