Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2019

Terrorçuların varlığı türklərə bəhanə oldu - Bəşər Əsəd

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya torpağında qanunsuz fəaliyyət göstərir və kürdlərdən bəhanə kimi istifadə edir.

Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd RT nəşrinə müsahibəsində deyib.

Bəşər Əsəd Ərdoğanın “Müsəlman qardaşları” ilə bağlı hədəfinə çatmağa çalışdığını söyləyib.

“Bu terrorçular ona Suriyaya hücum üçün bəhanə verdilər. Bu heç də o demək deyil ki, onlar burada qanuni əsaslarla mövcuddur. Ərdoğan burada sözün bütün mənalarında qanunsuz fəaliyyət göstərir. Onun üçün bu bəhanəni təmin ediblər”, - Bəşər Əsəd bildirib.
174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP