Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2019

Ayətullah Xamenei: İran ABŞ qarşısında əyilməyəcək

İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək və rəsmi Vaşinqtonla heç bir danışıq aparmayacaq.

Bu sözləri Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei deyib.

Bildirib ki, Amerika ilə dialoq İranın heç bir problemini həll etməyəcək. Ona görə də danışıqlara ehtiyac yoxdur.

Ayətullah Xamenei qeyd edib ki, İran İslam İnqilabından ötən 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik siyasəti yürüdüb. Buna cavab olaraq İran da təhlükəsizliyini təmin edib. Ən başlıcası odur ki, ABŞ-ın İrana müdaxiləsinin qarşısı alınır. Bəzi hallarda isə İran ABŞ-ı küncə sıxışdırıb. İran danışıqlardan imtina etməklə də ABŞ-ın müdaxiləsinin qarşısını alır. Bu isə o deməkdir ki, İran xalqı ABŞ-ın diktaturasını qəbul etmir.

Ayətullah Seyid Əli Xamenei Şimali Koreya və Kubanı misal göstərərək bildirib ki, bu dövlətlər ABŞ ilə danışıqlara başlasalar da, heç bir nəticə əldə edə bilmədilər. ABŞ Prezidenti bu dövlətlərin rəhbərləri ilə görüşdü, lakin sanksiyalar aradan qaldırılmadı. İran təzyiq altında mənasız danışıqlar aparmayacaq.
44 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP