Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2019

Suriya ordusundan çinli terrorçulara əks-hücum

“Sputnik”-in Suriya mənbələrinə istinadla verdiyi xəbərə görə, Suriya ordusu dünən Laziqiyyə ətrafında itirdiyi əraziləri yenidən geri alıb.

Mənbə bildirib: Suriya ordusu Laziqiyyə əyalətinin şimal-şərq hissəsində Cəbəlul-əkrad istiqamətində çinli terrorçulardan ibarət Əl-Turkustani və Cəbhətün-nüsrə terror qrupunun mövqelərini artilleriya atəşinə tutaraq, dünən itirdiyi əraziləri geri alıb.

Çinli terrorçular dünən qəliz dumandan istifadə edərək Kubani yüksəkliklərinin arxası və Əku qəsəbəsindən hücuma keçərək bir sıra əraziləri ələ keçirmişdilər. Şəlf və Tubalı atəşə tutaraq Kənsəbanı ələ keçirmək istəyən terror qrupunun qarşısnı Suriya ordusu ala bilmişdi.
Bu gün səhər saatlarında Suriya ordusu Rusiya qırıcılarının hava dəstəyi ilə Cəbəlul-əkrad və Kubani ətrafında yerləşmiş çinli terror qruplarının və onların Cəbhətün-nüsrə kimi müttəfiqlərinin üzərinə od yağdıraraq itirilmiş əraziləri geri qaytarıb. Bu əməliyyatda 45 terrorçu öldürülüb.
90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP