Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2019

Kərbəla valisi: Bu il Ərbəin zəvvarlarının sayı 17 milyon idi

Kərbəla əyalətinin valisi Nəsif əl-Xətabi bu gün mətbuat konfransında Ərbəin zəvvarlarının sayını açıqlayaraq deyib: “Bu il İmam Hüseyn (ə) Ərbəini mərasimində 17 milyondan çox zəvvar iştirak etdi. Sərnişin və yükdaşıma, habelə səhiyyə layihələri də yaxşı və üstün kimi dəyərləndirilir.”
Mətbuat konfransında iştirak edən Orta Fərat əməliyyat komandiri Qeys əl-Məhəmmədavi də nəqliyyat və səhiyyə məsələləri barədə deyib: “Bu layihələr çox yaxşı icra edildi və onları heç bir nöqsan olmadan müvəffəqiyyətlə yerinə yetirdik.”
Ərbəin zəvvarlarının təhlükəsizliyinin təminində iştirak edən Orta Fərat əməliyyatı könüllülərinin komandiri Əli əl-Həmdani deyib: “Bütün təhlükəsizlik qüvvələri ilə eyni çərçivədə əməl etdik və bu dəqiq planla bütün əyalətlərdə böyük uğura nail olduq.”
Kərbəla əyalətinin polis rəisi general Əhməd əl-Zəvini də təhlükəsizliyin qorunması məsələsindən danışaraq deyib: “Ötən on gündə Kərdəla milyonlarla Ərbəin zəvvarını qarşıladı. Bugün bütün təhlükəsizlik qüvvələri ilə əməkdaşlığın səmərəsini dadırıq.”
145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP