Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2019

NASA xəbərdarlıq etdi: İri asteroid Yerə yaxınlaşır

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) diametri 440-990 metr olan iri asteroidin Yerə yaxınlaşdığı barədə məlumat yayıb.

Oktyabrın 25-də 162082 (1998 HL1) adı verilən göy cismi saniyədə 11,2 kilometr sürətlə Yerin təxminən 6,2 milyon kilometr yaxınlığından keçəcək.

NASA-nın məlumatına görə, həmin asteroid 1998-ci ilin aprel ayında kəşf olunub. Astronomlar onu Apollonlara – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edir.

Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarə planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən çox olan iri asteroidlərin 93 faizini aşkarlayıb. Belə obyektlərin təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur. Alimlər, həmçinin Yerin yaxınlığında yerləşən orta ölçülü (100 metrdən bir kilometrə qədər) asteroidlərin sayını da müəyyənləşdirə bilib: 19,5 min ədəd.
138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP