Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2019

Ölkəmizin bütün nöqtələrini azad etmək üçün vuruşacağıq - Buseyna Şaban

İstər Azez, istər Afrin, istərsə də Fəratın şərqi olsun, ölkəmizin bütün nöqtələrini azad etmək üçün vuruşacağıq.

Bu sözləri Suriya lideri Bəşər Əsədin siyasət və media məsələləri üzrə müşaviri Buseyna Şaban BBC-nin Türkiyə xidmətinin “Türkiyə və Suriya ordusu üz-üzə gəlsə, nə olacaq” sualını cavablandırarkən deyib.

Şaban YPG ilə rəsmi Dəməşq arasında hər hansı bir saziş olmadığını, bəzi qrupların Suriyanın mənfəətinə zidd hərəkət edərək amerikalılarla anlaşdığını bildirib.

“Suriyalı kürd qruplarına Suriya hökumətinin və Ərdoğanın baxışları fərqlidir. Ərdoğan suriyalı kürdləri “Osmanlı və Müsəlman Qardaşları” arzusunu həyata keçirmək, Suriya və İraqın bəzi bölgələrini işğal etmək üçün bəhanə kimi istifadə etməyə çalışır. Onun ölkəsində 17 milyon kürd var, öz ölkəsindəki kürdlərlə maraqlansa, daha yaxşı olar”, - Şaban bildirib.
131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP