Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2019

“Ərdoğanın əlində nüvə silahı var” – “Nyu-York Tayms”dan sensasion iddia

“ABŞ Dövlət Departamenti Türkiyədəki İncirlik hərbi hava bazasındakı 50 nüvə silahının çıxarılması planından imtina edib”.

Bu barədə “Nyu-York Tayms” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrə görə, indiki məqamda nüvə silahlarının çıxarılması ABŞ-Türkiyə müttəfiqlik münasibətlərinin bitməsi demək olardı.

Qəzetdə dərc olunan məqalənin müəllifi David Sanger yazır: “ABŞ-ın adının açıqlanmasını istəməyən bir yüksək rütbəli rəsmisi “Artıq bu silahlar Ərdoğanın girovluğundadır” deyib”.

Ceyms Martin Kütləvi Silahların Yayılmasına qarşı Mübarizə Mərkəzinin mütəxəssisi Cefri Levis də İncirlik bazasındakı nüvə cəbbəxanası ilə bağlı vəziyyətin mürəkkəbliyinə diqqət çəkib:

“Tarixdə ilk dəfə qəribə vəziyyətlə üzləşmişik: ABŞ-ın nüvə silahlarının yerləşdiyi bir ölkə Amerika qüvvələrinə toplarla zərbələr endirilir”.

Qəzet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahları ilə bağlı son çıxışını xatırladıb: “Kiminsə əlində nüvə başlıqları olan raketlər var, mənim əlimdə niyə belə silahdan olmasın? Mən bunu qəbul etmirəm”.
153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP