Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2019

Azərbaycanlını baltalayıb, 50 minini apardılar - Video

Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib.

Naməlum şəxslər hücum etdiklər adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.

Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.

Cinayətkarların hadisə yerindən “Dodge Caravan” avtomobili ilə uzaqlaşdığı vurğulanıb.

Əldə etdiyimiz məlumata görə, hücum edilən şəxs Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamıdır. 30 yaş civarında olan Mahir başından güllə və balta yarası ilə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda komadadır.

Mahirə tacik əsilli cinayətkar qruplaşmanın hücum etdiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur.

Polis isə cinayətkarların saxlanılması üçün hərəkətə keçib.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.


178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP