Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2019

Başından xəsarət alan körpə Neyrocərrahiyyə Xəstəxanasında ölüb

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.

Reportun xəbərinə görə, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP