Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2019

Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində yaşıl gödəkcədə və dəbilqədə sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub.

Bu barədə Spiegel xəbər verir.

Qeyd edilir ki, bu, 27 yaşlı, milliyyətcə alman Stefandır. Stefan əslən Saksoniya Anhaltdandır və sağçı radikaldır.

Nəşr vurğulayır ki, həmin şəxs əvvəllər qanunları pozmayıb.

"O, həbs edilib. Faktlar göstərir ki, Stefan tək hərəkət edib", - nəşr əlavə edib.

Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb.
208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP