Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2019

Ayətullah Xamenei: Nüvə silahı düzəldə bildiyimiz halda bunu etmədik

Bu silahı düzəltmək haramdır

Müsəlmanların Vəliyyi-fəqihi həzrət Ayətullah əl-üzma Xamenei bu gün (9 oktyabr) 2000 nəfərdən ibarət elit tədqiqatçı gənclə görüşüb.

Görüşdə gənclərə öz tövsiyələrini bildirən Ali Məqamlı Rəhbər bir sıra məsələlərə, o cümlədən ölkədə elmi-tədqiqat məsələlərinin inkişafına toxunub.
İslam İnqilabının Böyük Rəhbəri çıxışının bir hissəsində İran İslam ölkəsinin nüvə silahından istifadə etməyin haram olması ilə bağlı qəti və şücaətli mövqeinə də toxunaraq deyib:
“Biz nüvə silahı düzəldə bildiyimiz halda əziz İslam dininin hökmünə əsaslanaraq, bu silahdan istifadə etməyi şəri baxımdan qəti haram etdik. Ona görə də istifadə olunması mütləq şəkildə haram olan bir silahı istehsal etmək və onu saxlamaq üçün büdcə sərf etməyə heç bir əsas yoxdur.”

Ali Məqamlı Rəhbər elmin düzgün insansevərlik mədəniyyəti ilə birgə olmasını bəşərin elm və biliyin həqiqi mənfətindən faydalana bilməsi üçün zəminə yaradacağını vurğulayaraq deyib: “Olduqca faydalı və mühüm nüvə elmi səhv hegemonluq mədəniyyəti ilə yanaşı olduqda atom bombasının istehsalı ilə nəticələndi, dünya və bəşəriyyət üçün təhdidə çevrildi.”
151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP