Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2019

İraq baş naziri Bin Salmanın mesajını Ruhaniyə çatdırmaq üçün Tehrana səfər edəcək

Livanın “Əl-Minar” telekanalının İraq mənbələrinə istinadla verdiyi xəbərə görə, İraqın baş naziri Adil Əbdülməhdi Ərəbistan vəliəhdi Bin Salmanın Tehran və Riyad arasındakı gərginliyin azalmasına aid mesajını İran rəsmilərinə çatdırmaq üçün Tehrana səfər edəcək.
Əbdülməhdi İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
İraq baş naziri ötən həftənin çərşənbə günü Ərəbistan kralı Salman və onun oğlu vəliəhd Bin Salmanla danışıqlar aparmaq üçün Ərəbistana səfər etmişdi.

Bundan əvvəl “Əl-Məyadin” telekanalı da məlumatlı mənbələrə istinadən Əbdülməhdinin Ərəbistan və İran arasında vasitəçilik məqsədilə Ərəbistana səfər etdiyini xəbər vermişdi.
Dünən İraq Parlamentində “Əl-Fəth” koalisiyasının təmsilçisi xanım Misaq əl-Hamidi jurnalistlərə verdiyi açıqlamasında vurğulayıb ki, baş nazirin Ərəbistana səfəri Riyadın xahişi ilə baş tutub və Əbdülməhdinin ərəbistanlı rəsmilərlə görüşündə onlar baş nazirdən Riyad və Səna arasında vasitəçilik etməsini, Yəmən böhranının həll olunmasını istəyiblər.
İraq prezidenti Bərham Saleh “Russia Today Arabic” telekanalına verdiyi açıqlamasında bildirib ki, Əbdülməhdinin Ərəbistana səfəri vasitəçilik məqsədilə deyildi və regionda gərginliyi azaltmaq üçün təkliflər vermək məqsədi daşıyırdı.

İraq prezidenti habelə bir məqaləsində Yaxın Şərq məsələlərinə toxunaraq yazıb: “İran Amerika ilə müzakirəni sanksiyaların aradan qalxması ilə şərtləndirsə də, həmişə Ərəbistan rəsmilərini ikitərəfli münasibətlər qurmaq və regional böhranların həlli barədə müzakirəyə dəvət etmişdir.”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi “Anatolu”-ya verdiyi müsahibəsində Pakistan və İraqın İran-Ərəbistan arasında vasitəçilikləri barədə deyib: “Biz Ərəbistanla hər səviyyədə istər birbaşa, istərsə də vasitə ilə müzakirə etməyə hazırıq.”
Ötən həftə İraq rəsmilərindən əlavə, Pakistanın baş naziri İmran Xan da öz açıqlamasında bildirdi: “Məhəmməd bin Salman və Donald Tramp məndən istəyiblər ki, onlarla Həsən Ruhani arasında vasitəçilik edim.

Yəmənin “Aramco” neft emalı zavoduna hücumundan sonra Ərəbistan və İran arasında vasitəçilik üçün bir sıra ölkələr tərəfindən təlaşlar nəzərə çarpacaq səviyyədə artmışdır. Fars körfəzində neft tankerlərinə üz verən hadisədən sonra Birləşmiş Ərəb Əmirlikləri Yəmən müharibəsində iştirakını dayandırdı və beləliklə Ərəbistanı bu müharibədə tək qoyaraq İranla gərginliyi azaltmaq səmtinə getdi. Təhlilçilərin fikrincə, tək qalmış Ərəbistan, Amerikanın İrana hərbi müdaxiləsindən də məyus olduqdan sonra o da BƏƏ-nin yolunu getməyə təlaş edir. Lakin bu yol özünü ərəb dünyasının rəhbəri bilən səudiyyəlilər üçün xərclər tələb etdiyindən Ərəbistan rəsmiləri mümkün qədər öz etibarlarını qorumağa səy edirlər.

Hər halda İran rəsmiləri həmişə olduğu kimi ötən günlərdə də Ərəbistanın sülh, yaxud gərginliyin azalması barədəki hərəkətini yaxşı qarşılayıb, müzakirəyə hazır olduqlarını və tövbə qapısının Ərəbistanın üzünə daim açıq olduğunu bildiriblər.
142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP