Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2019

Azərbaycan Respublikasında Aşura ibrətləri

Azərbaycanın cənub-şərq girişində Astara rayonunun Ərçivan sərhəd kəndindən tutmuş Bakının mərkəzinə kimi, Bakıdan tutmuş Qafqazın mədəni-dini paytaxtı Gəncəyə kimi, Mingəçevirdən tutmuş ölkənin şimal-qərb sərhədi olan Qazaxa kimi müxtəlif yerlərində baş tutan Aşura mərasimlərində cəmiyyətin izdihamlı iştirakı göstərirdi ki, Bakı səhv mədəni-dini siyasət yürüdür və Azərbaycan Respublikası xalqının hərəkət istiqaməti bu ölkə dövlətinin mədəni və dini məsələlər sahəsində axtardığının tamamilə əksinədir.

Telorantlıq və multikulturalizm Azərbaycan dövlətinin ötən üç ildəki siyasətinin açar sözləridir. Bakı bu terminlərə özünün xüsusi tərifini vermişdir. Azərbaycan dövlətinin telorantlıq və multikulturalizmə verdiyi tərif bu terminlər üçün işlədilən mənalardan fərqlidir. Telorantlıq əksərən başqalarının etiqadı qarşısında kor-koranə təəssübkeşlik etməmək və müxalif etiqadı boğmamaq mənasına, multikulturalizm də müxtəlif mədəniyyətlərin varlığını qəbul etmək, müxtəlif kiçik mədəniyyətlərin camiədəki aparıcı mədəniyyətlərin yanında olmasını qəbul etmək, onları qorumağın zəruriliyi mənasına olsa da, Azərbaycan dövlətinin mədəniyyət siyasətində telorantlıq və multikulturalizm ayrı məna daşıyır. Bakı dövlətinin tərifində telorantlıq bu ölkə əhalisinin çoxunun etiqadı ilə fərqli etiqadlarla üzləşdikdə səbr və dözüm göstərmək mənasına deyil, fərqli etiqad sahiblərinə şərait yaratmaq və xüsusi üstünlüklər vermək mənasını daşıyır. Xüsusilə də, telorantlıq açar sözü bu ölkədə yaşayan yəhudilərin vəziyyət və şəraiti üçün istifadə olunur. Azərbaycan Respublikası rəsmilərinin yəhudi-sionist və mason təşkilatlarının başçıları ilə bütün görüşlərində bu ölkədə xüsusi mənaya olan telorantlığın – yəni yəhudilərə verilən xüsusi üstünlüklərin – varlığına təkid olunur.

Oxşar olaraq multikulturalizm Azərbaycan dövlətinin mədəniyyət siyasətində daha xüsusi məna daşıyır və multikulturalizm hansısa bir mədəniyyət, din və məzhəbin bu ölkəyə hakim olmaması kimi tərif olunmuşdur. Beləliklə, bu ölkənin çoxluqda olan müsəlmanları və şiələrinin mədəniyyət, din və məzhəbi bir neçə minlik yəhudi və xristian cəmiyyətindən ibarət olan, hətta neçə yüz nəfərlik bəhainin mədəniyyət, din və məzhəbi ilə eyni götürülür. Məsələn Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaşükür Paşazadə üçün formal bir vəzifə vardır və bu ölkədə din işlərinin idarəçiliyi rəsmi olaraq onun öhdəsinədir. Lakin dövlət və ölkə prezidentinin baxışından QMİ sədrinin etibar və mövqei ən çoxu 15 min nəfərlik cəmiyyətdən ibarət dağ yəhudiləri və ən çoxu 800 nəfərdən ibarət azğın firqə olan bəhailik cəmiyyətinin rəhbərinin etibar və mövqeindən fərqli deyil.

Həqiqətdə Azərbaycan Respublikasının mədəniyyət siyasətlərində telorantlıq və multikulturalizm üçün verilən tərif sapınma və əyri yolun başlanğıcıdır. Hətta demək olar ki, bir uçurumdur və bu siyasət həmin uçurumda yol getməkdədir. Bu siyasətin icrasında bir sıra nümunə və hissələr gözə dəyir ki, cəmiyyət və dövlət arasındakı uzaqlaşmanı günbəgün daha aşkar, ciddi və təhlükəli edir. Azərbaycan dövlətinə aid telorantlıq və multikulturalizm çərçivəsində pozğunluq, cəmiyyəti əsas islami və şiə dəyərlərindən uzaqlaşdırmaq bu ölkəyə hakim mədəniyyət siyasətinin əsas məqsədidir. İllərdir ki, bu çərçivədə əhalinin islami etiqad, dəyər və təfəkkürü ilə uyğun olmayan bir mədəniyyəti xalqa sırımaq üçün ağır xərclər çəkilir. Ölkədə kitabların və məktəb dərsliklərində İslam dininin təliminə yer ayrılmamışdır, üstəlik sekular cəmiyyət yetişdirmək məqsədilə anti-din təlimlərlə doludur. Televiziya kanalları, təhsil nazirliyi, mədəniyyət nazirliyi və Heydər Əliyev fondu cəmiyyətin mədəniyyətini istiqamətləndirən orqanlar kimi öz proqram və təbliğatlarında İslam dini üçün heç bir yer verməməkdən əlavə, bütün güclərini Azərbaycan Respublikası xalqını sekular dövlətin öz prinsiplərinə zərərli bildiyi islami etiqadların ziddinə olan film, serial, teatr, şer, mahnı, kitab və məqalələrin hazırlanmasına, beləliklə xalqı İslam və şiəçilikdən uzaqlaşdırmaq məqsədinə sərf etmişdir. Hər il dövlət öz büdcəsinin mühüm bir hissəsini və vaxtını islami təlim və dəyərlərin ziddinə olan Eurovision kimi pozğun müsabiqələrin keçirilməsinə sərf edir. Hətta keçmiş əsrlərdən qalmış qeyri-islami klassik musiqi də artıq zərərli sayılaraq televiziya kanallarından uzaqlaşdırılmışdır. Bundan əlavə, son illərdə Eurovision pozğun mahnı müsabiqəsinin yanında ondan daha pozğun “Jara Musiqi Festivalı” adlı digər bir müsabiqəyə yer verərək ölkədə əxlaq pozğunluğuna rəvac verirlər. Qəbələ musiqi festivalı, Azərbaycan şərabının istehsalı festivalı, moda müsabiqəsi, əxlaqın bərk ziddinə olan məzmunda qərb və şərq ölkələri film və teatr festivalları, pozğunluğu təbliğ edən milli serialların istehsalı kimi proqramlar da Azərbaycan dövlətinin mədəniyyət siyasətlərinin digər bir hissəsidir. Dövlət bununla ölkəyə hakim ailənin meyarlarına uyğun və İslam etiqadları ilə heç bir uyğunluğu olmayan bir millət formalaşdırmaq istəyir.

Dini işlər barədə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Prezident yanında milli-mənəvi dəyərlərin təbliği fondu, Elm Fondu və yüzlərlə zahirdə qeyri-hökumət, lakin əslində dövlətə bağlı qrup və təşkilatlar birləşərək əsil İslamı radikalizm və ekstremizm kimi tanıtmağa səy edir. Bu təşkilatlar “ənənəvi İslam” adı ilə təbliğ etdiklərini isə Azərbaycan xalqının qəbul etdiyi bir mövzu kimi qələmə verirlər. Sözügedən təşkilatlar il boyu daimi olaraq, xüsusilə də ramazan və məhərrəm aylarında hərəkətə keçir, davamlı olaraq ölkənin hər yerində toplantı və seminarlar keçirməklə telorantlıq və multikulturalizmi Bakının mədəniyyət siyasətinin qəbul etdiyi xüsusi təriflə İslamın, özlərinin sözləri ilə “dini radikalizm”in yerinə qoymağa təlaş edirlər.

Dövlətin bu ağlasığmaz xərc və təlaşlarına baxmayaraq, zahirən digər elementlər də vardır ki, Azərbaycan Respublikası xalqının çoxunun dövlətin tutduğu mədəniyyət siyasətinin tamamilə əksinə hərəkət etməsinə səbəb olmuşdur. Ötən illərdə Azərbaycanın sekular dövləti özünün sekularlığına təkid etməsinə baxmayaraq ölkədə dini işlərdə çoxlu müdaxilələr etmişdir. SSRİ dövründən qalmış QMİ hakim təbəqə ilə birlikdə hazırkı multikulturalizm və sekularlığı komunist rejimindən irs apararaq hökumətin dini işlərdə müdaxiləsi üçün ən mühüm alət hesab olunur. Belə ki, sekular hökumət və DQİDK məhz bu idarənin vasitəsilə bir sıra müstəqil məscidlərə nəzarəti öz əlinə ala bilmişdir. Məsələn ötən illərdə QMİ dindarları öz istədiyi səmtə istiqamətləndirmək məqsədilə Bakının mərkəzində Məşədi Dadaş məscidində, Yeni Günəşlidə Həzrət Fatimə Zəhra (ə) məscidində və Gəncədə İmamzadə İbrahim Ziyarətgahında nəzarəti öz əlinə almağa geniş təlaş etmişdir, habelə Nardaranda Bibi Rəhimə (ə) Ziyarətgahını, Lənkəranda müstəqil məscidləri polis əməliyyatları vasitəsilə öz mühasirəsində saxlamışdır. Lakin Azərbaycanın müxtəif yerlərində məhərrəm ayının mərasimləri, əsasən də Aşura toplantısı sübut etdi ki, nə telorantlıq, multikulturalizm və pozğunluq mədəniyyəti siyasətinin rəvacı, nə də media təbliğatının heç biri Azərbaycan Respublikası xalqının böyük hissəsini əsil İslam yolundan multikulturalizm ağzınlığına tərəf azındıra bilməmişdir. Hətta Bakı dövlətinin din sahəsindəki polis-təhlükəsizlik siyasətləri də əks nəticə vermişdir. Məsələn dövlət tərəfindən olan təzyiqlərin, QMİ və DQİDK vasitəsilə olunan təzyiq və nüfuzun Məşədi Dadaş məscidi və İmamzadə İbrahim Ziyarətgahının mikrafonlarından səslənən nohə və zikrlərin məzmununu bir qədər sıxmasına, bəzi nohələr senzuraya məruz qalmasına, yaxud oxunmamasına baxmayaraq, İmam Hüseyn (ə) matəminə aid nohə və mərsiyələr arasında hətta Məşədi Dadaş məscidi, Həzrət Fatimə Zəhra (ə) məscidi və İmamzadə İbrahim Ziyarətgahında da hələ zülm və küfr əleyhinə nohələr oxunur, hələ də bu mərasimlər sekular dövlətin, sionist və mason müşavirlərin istəyinə uyğun deyil. Əgər Azərbaycan Respublikası camiəsində alt təbəqələrə diqqət olunsa, xalqın hərəkətinin sekularizm, sionizm və masonizmin əks istiqamətində olduğu aşkar görünər. QMİ bütün təlaşlarını müstəqil məscidləri öz nəzarəti altına almağa təlaş etdiyi bir vaxtda QMİ-nin öz məscidi, yəni idarəsinin yerləşdiyi Təzəpir məscidi Aşura günü bu idarənin əzadarlığa nəzarət edənlərin istəyinə uyğun olmayan siyasi nohə səsləndirən heyətə evsahibliyi etdi. Bu heyət “Biz ölərik, hicab əldən vermərik”, “Quran ayələrini satmarıq”, “Hansı güruhun belə mövlası var – Şiələrin həzrəti Əbbası var” kimi nohələr oxuyurdu. Hətta heyətdə iştirak edən cavanlardan bəziləri jurnalistin onlardan QMİ-nin həyata keçirdiyi “qan aksiyası”nda iştirak etmələrinə aid suala belə cavab verdilər ki, bu aksiyanı həyata keçirənlərə inanmırlar və xalqdan alınan qanı satdıqlarına görə bu aksiyada iştirak etməyəcəklər.

Bundan əlavə, açıq məkanlarda izdihamlı toplantı, hətta bəzi bölgələrdə əzadarlıq dəstələrinin hərəkətə gəlməsi göstərdi ki, qeyri-məntiqi qanun və təzyiqlər, o cümlədən məscidlərdən qıraqda əzadarlığın təşkil edilməsinin qadağan olması və əzadarlıq dəstələrinin küçələrə çıxmamasının qarşısını alan qanunlar bundan sonra məhərrəm ayında şəhidləri yad edən, azadlıq müəllimlərini anan, Hüseyn (ə) məktəbinin ardıcılı olan, yezidlərə beyət etməməyi açıq-aşkar elan etmək istəyən xalqın qarşısını ala bilməyəcək.

Azərbaycan Respublikası xalqının Astaranın Ərçivan kəndində, Lənkəran, Bakı, Gəncə, Mingəçevirdə baş tutan Aşura mərasimlərində izdihamlı iştirakı və Nardaranın məzlum əhalisinin Bibi Rəhimə (ə) Ziyarətgahında bağlı yerdə Aşura mərasimində bəsirətli iştirakı, Azərbaycan və Qafqazın ən möhtəşəm Aşura mərasiminin Nardaranda keçirilməsinə həsrəti xatırladan nohələrin oxunması göstərdi ki, kommunistlərin Qafqaz şiələrini İmam Hüseyn (ə) və əsil İslamdan ayırmaq üçün 70 illik təlaşları puç olduğu kimi sionistlərin, vəhabilərin, şeytanpərəstlərin, bir sözlə multikulturalizmçilərin də təlaşları Azərbaycan Respublikasında uğursuz olacaqdır./qafqaz.ir/az/
141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP