Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2019

Rəsmi Tehrandan Səudiyyə ilə ABŞ-a sərt təhdid

“Səudiyyənin neft anbarlarına olan hücumun İran torpaqlarından olmasını haradan çıxarıblar? Bunu necə uydururlar?”.

Bunu CNN-nin sualına cavabda İranın Xarici işlər naziri Cavad Zərif deyib.

O bildirib ki, belə dezinformasiyalara dəfələrlə cavab veriblər. Lakin qarşı tərəf məqsədli şəkildə yalanlarını davam etdirir: “İndi nəsə etmək üçün israrla məsuliyyəti İrana yükləmək istəyirlər. Ona görə, bu prosesin müharibəyə hazırlıq olduğunu deyirəm. Öz mənfəətləri üçün yalan danışırlar. Amma bu, gerçəkdən onların xeyirinə deyil. Bu, əslində, böyük savaşdır, savaşa hazırlıqdır. Ölkəmizi müdafiə etmək baxımından çox ciddi bəyanatlar verdiyimin fərqindəyəm. Təkrar edirəm, biz müharibə istəmirik. Çünki çox böyük itkilər olacaq. Ancaq hamı da bilməlidir ki, biz gözümüzü qırpmadan ölkəmizi qoruyacağıq”.

Zərif deyib ki, İrana hücum olarsa, bunun qarşılığını Səudiyyə rejimi və ABŞ alacaq: “Onlar da bizim hədəfimizdədir”.
129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP