Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2019

Hizbullah lideri: Ərəbistanı yenə sağmaq istəyirlər -Tramp Ruhani ilə görüşmək üçün dilənçilik edir

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah hərəkatın rəhbərlik şurasının təsisçisi Şeyx Həsən Kuraninin vəfatı münasibətilə etdiyi çıxışında Yaxın Şərqdə baş verən bir sıra hadisələrə də toxunub.

Öz prinsiplərimizə sadiqik

Hizbullah lideri Livanın İslam müqavimətinin öz prinsiplərinə sadiq qalaraq sionist rejimi tərəfindən hər hansı təhdidlə mübarizə aparacağına təkid edib və deyib: “Sionist rejimin dronlarına qarşı mübarizə aparmaq bizim haqqımızdır. Bu dronlarla mübarizə aparmaq haqqında qərar Livan hava məkanının pozulması hallarının azalmasına səbəb oldu.”

Netanyahu hakimiyyətdə qalmaq üçün əlindən gələni etdi

Seyid Həsən Nəsrullah işğal edilmiş Fələstin ərazilərində sionistlər tərəfindən keçirilən seçkilərə toxunaraq deyib: “Sionist rejimin baş naziri Binyamin Netanyahu seçkilərdə qalib olmaq üçün əlindən gələni etdi. İraq ərazisinə hava hücumundan tutmuş, Livan və Qəzzədə müharibəyə başlamağa qədər. Lakin Amerikanın dəstəklərinə baxmayaraq məğlub oldu.

Bu seçkilərin nəticəsi Livan Hizbullahı üçün mühüm deyil. Çünki (sionistlərin) siyasi partiya və koalisiya başçılarının siyasətlərinin hamısı Fələstin və ərəbin əleyhinədir.”

Aramko təsisatına hücum

Yəmən ordusunun Ərəbistanın neft təsisatına cavab hücumuna işarə edən Seyid Həsən Nəsrullah deyib: “Bu hücum dünya miqyasında sensasiya doğurdu. Bu hücumları pisləmək göstərir ki, neft qandan daha dəyərlidir.”

Hizbullah lideri bir sıra ölkə və beynəlxalq təşkilatların bu hücumları pisləməsini tənqid edərək deyib: “Bəs nə üçün Ərəbistan koalisiyasının Yəmənə hücumu, bu ölkə əhalisi, qadın və uşaqlarını qətliam etməsi pislənmir?”

Seyid Həsən Ərəbistan neft təsisatına dron hücumlarını pisləyənlərdən istəyib ki, aclıq və mühasirədə qalmış, hər gün qətliam edilən Yəmən əhalisi ilə də həmdərd olsunlar, onlara qarşı hücumu dayandırsınlar.

Müqavimət lideri ötən günlərdə sionist hərbçilərinin fələstinli gənc qadını qətlə yetirməsinə toxunaraq deyib ki, sionistlər bu qətli çox soyuqqanlıqla törətdilər. Sanki çox adi bir işdir. Ərəb ölkələri isə özlərinə zəhmət verib bu məsələni hətta mediaya da çıxartmadılar. Hələ bu işi pisləmək və məzəmmət etmək bir tərəfə qalsın.

Tramp yenə Ərəbistanı sağmaq istəyir

Hizbullah Hərəkatının lideri neft təsisatının və öz həyatlarının təhlükəsizliyini təmin etmək ardınca olan Ərəbistan rəsmilərinə yəmənlilərin hücumundan amanda qalmaq üçün bir tövsiyə edərək deyib: “Mən onlara nəsihət edirəm ki, Ərəbistanın ərazisi genişliyində raket müdafiə qurğusu almaq və milyonlarla pulu faydasız sərf etmək əvəzinə xərci az aparan yolu seçsinlər. O yol Yəmən əleyhinə müharibəni dayandırmaqdır.”

Seyid Həsən Nəsrullah çıxışının davamında deyib: “Ərəbistanın neft təsisatına son hücumda heç kim ölmədi və hücum edilmiş bu təsisat dəmirdən idi. Bu hücuma görə qiyamət qopardılar. Lakin 4 ildir ki, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Amerika koalisiyası Yəmən əhalisinin başına bomba tökür, yəmənli qadın və uşaqları öldürür, heç kim də heç nə demir.

Ərəbistana tövsiyə edirəm ki, Yəmənə qarşı müharibəni dayandırsın. Amerika və İngiltərədən kömək istəməyin viranlıqdan başqa bir nəticəsi olmayacaq. Çünki qarşı tərəf (Yəməndə) daha güclənib və Aramko neft təsisatında baş verən hadisə buna bir sübutdur.”

Hizbullah lideri əlavə edib: “Ərəbləri yenə sağmaq istəyirlər. Donald Tramp harada çıxış etsə deyir ki, “əgər Ərəbistan və ərəblərə kömək etmək barədə qərara gəlsə, onlar bu kömək üçün pul verməlidirlər.” Buna son qoymağın yolu budur ki, Yəmən əleyhinə zülmkarcasına müharibə dayandırılsın və yəmənlilərə müzakirə üçün imkan yaradılsın.”

Tramp pul və seçkilərdə qələbə istəyir, müharibə yox

Müqavimət rəhbəri deyib: “Amerika prezidenti müharibə deyil, pul ardıncadır. O gələcək prezident seçkilərində qalib olmaq istəyir. Siz (ərəbistanlı və BƏƏ-lilər) onun məğlubiyyətə uğramış dövləti üzərinə hesab açmısınız. Bu dövlət Venesuela, Şimali Koreya, Çin, Suriya, İraq, Fələstin siyasətlərində və İranı diz çökürməkdə məğlubiyyətə uğramışdır.”

Tramp Ruhani ilə görüşmək üçün dilənçilik edir

Seyid Həsən Nəsrullah deyib: “Sizin onun üzərinə hesab açdığınız Tramp özü İran prezidenti Ruhani ilə görüşmək üçün dilənçiliyə düşüb.

Beş ildir ki, hücum etdiyiniz Yəmən barədə öz siyasətinizə yenidən baxın. Çünki İrana qarşı mühabirə üzərində şərt bağlamaq yaxşı nəticə verməz. Bu müharibə sizi məhv edəcək.

Əgər bir hücumla sizin vəziyyətiniz bu hala düşübsə, digər hücumlar olsa vəziyyətiniz necə olacaq?

Öz evi, iqtisadiyyatı və infrastrukturları şüşədən olan kəs, başqalarına daş atmaz.”

186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP