Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2019

İran ABŞ-ı hədələdi: İki bazanız hədəfimizdədir

ABŞ-ın Yaxın Şərqdəki iki bazası və bir gəmisi İran hərbçilərinin hədəfində yerləşir. Hərbi fəaliyyətlər zamanı onlara zərbə endiriləcək.

Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələri komandanı Əmir Əli Hacızadə deyib.

“Əl-Udeyd (Qətər) bazası, Əz-Zəfra bazası (BƏƏ) və Oman körfəzindəki bir gəmi hədəfdə yerləşir. ABŞ-ın hücumuna cavab olaraq onlara zərbə endirəcəyik”, - Hacızadə bildirib.

Hacızadə 2 min kilometr radiusdakı bütün ABŞ gəmi və bazalarının İran raketlərinin hədəfində olduğunu qeyd edib.
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP