Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2019

“Rusiyanın cavab sanksiyaları bizə ciddi ziyan vurur” - Alman siyasətçi

Rusiyanın Avropa İttifaqına qarşı tətbiq etdiyi cavab sanksiyaları Almaniyaya böyük ziyan vurur.

Bunu “Rheinische Post” qəzetinə müsahibəsində Xristian Demokrat Birliyi (CDU) Partiyasının Türingiya federal əyaləti üzrə rəhbəri Mayk Morinq söyləyib.

“Ən vacib olan Rusiya ilə dialoqun davam etdirilməsidir. Şərqi almanlar Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyirlər”, – siyasətçi məhdudlaşdırıcı tədbirlərin yumşaldılması ehtimalı ilə bağlı suala cavab verərkən belə deyib.

Onun sözlərinə görə, şərqi Almaniya və Rusiyanın əlaqələri daha yaxındır, nəinki ölkənin qərb hissəsinin.

M.Morinqin sözlərinə görə, Moskvanın tətbiq etdiyi sanksiyalar ümumən Almaniya iqtisadiyyatına güclü təsir etmir: “Ancaq sanksiyalar bizə, xüsusilə vilayətdə kənd təsərrüfatına böyük ziyan vurur. Bütün ümidlər Minsk razılaşmaları əsasında ikitərəfli yaxınlaşmanın baş verməsinə bağlanıb”.
108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.09.19, 12:07
Qubaya güclü qar yağdı
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP