Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2019

AKP parçalanır

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunu sıralarından uzaqlaşdırır.

Türkiyə KİV-i xəbər verir ki, AKP-nin İdarə Heyəti Əhməd Davudoğlu, Ayhan Səfər Üstün, Abdullah Başcı və Səlcuq Özdağın partiya üzvlüyündən çıxarılması ilə bağlə tələbi intizam qurumuna göndərib.

Qeyd edək ki, son vaxtlar Türkiyə AKP-nin parçalanacağı iddiaları ilə çalxalanır. Türkiyə baş nazirinin keçmiş müavini, AKP-nin yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. Onun Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşdığı bildirilir. AKP-nin xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.
144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.09.19, 12:07
Qubaya güclü qar yağdı
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP