02 Sentyabr 2019
MƏNƏVİ TƏNƏZZÜLÜN AQİBƏTİ

Əhalinin sayı artdıqca, keyfiyyəti düşür
Həyat təcrübəmdə bir neçə dəfə cəmiyyətin mənəvi tənəzzülünün dövlətin süqutuna gətirdiyini görmüşəm. Məhz buna görə müasir Azərbaycan cəmiyyətində müşahidə etdiyim mənəvi tənəzzül əlamətləri məni dərindən narahat edir. Məndə heç bir şübhə yoxdur ki, bu əlamətlər dövlətin yaxınlaşan süqutundan xəbər verir.
Oxucum mənə inanmaya bilər, haqqıdır. Qoy Az.TV-yə baxsın və Əliyev rejiminin aramsız uğur və qələbələrinə sevinsin.
Ən cahanşümul və gürultulu süqut SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) adlı qüdrətli dövlətin payına düşdü. İçi bəndəniz olmaqla əhalimizin azı yarısı bu dövlətdə yaşayıb və mənim nə demək istədiyimi heç olmasa təxmin edə bilər.
Sözümün canı sadədir: mənəvi tənəzzül o zaman təhlükəyə çevrilir ki, cəmiyyətin səsi dövlətə çatmır. Sıravi vətəndaşlar əmin olurlar ki, bu dövlət onların deyil, zira onların sözünün qara qəpiklik dəyəri yoxdur. Dövlət rəhbərlərinin nitqlərində həqiqət və ədalət faizi mütləq sıfra yaxınlaşır. Bunu hamı görür və anlayır, bunu deyənin ağzını dövlət yumur və cəzalandırır. Cəmiyyətin əksəriyyəti bu cəzanı haqlı sayır və deyir ki, “özü günahkardır, ağzını farağat saxlayaydı”. Yəni cəmiyyət üçün həqiqətin dəyəri sıfra yaxınlaşır.
Həqiqət olmayan yerdə isə heç bir əşyanın və məfhumun, o cümlədən dövlətin və quruluşun da dəyəri olmur. Bu, aksiomadır və sübuta ehtiyacı yoxdur.
1991-ci ildə Sov.İKP-nin üzvlərinin sayı 18 milyonu keçmişdi. Hamı hər ay üzvlük haqqı verirdi. Milyonlar aramsız sel kimi partiya xəzinəsinə daxil olurdu. Bu pula partiya qəzet və jurnallar, kitablar çap edirdi, seminarlar, konfranslar keçirirdi. Bu qəzetlərdə, jurnallarda, kitablarda, seminar və konfranslardakı nitqlərdə həqiqət yox idi, həqiqət yasaq idi.
Bəs nə var idi? Rəhbərliyin xalqa yedirtdiyi yalanların təkrarı və tərifi.
Riyakarlıq cəmiyyəti və dövləti hörümçək toru kimi bürüyüb tərpənməyə qoymurdu. Hamının gördüyü-bildiyi həqiqəti deyəni dövlət də, cəmiyyət də inkar edirdi. İkiüzlü, sırtıq, yalançı, məddah, oğru və həyasız zəmanənin qəhrəmanına çevrilmişdi. Vicdanlı və təmiz insanların ədalətsizlikdən və zülmdən bağrı çatlayırdı.
Dövlətin yuxarı səfi buqələmun, məsləksiz və əqidəsiz kadrlarla dolu idi. Sistem elə qurulmuşdu ki, vicdanlı və cəsarətli insan yuxarı heç cür düşə bilməzdi. Məhz buna görə dövlətin süqutu zirvəsinə çatanda, total böhran halında yuxarıda bircə nəfər də müşkülləri çözmək qabiliyyəti olan şəxs tapılmadı. Dövləti canla-başla dağıdan qorbaçovlar, yeltsinlər və çubayslar tapıldı, dövlətin xilaskarı tapılmadı. SSRİ çökdü və dağıldı.
Onun yerində peyda olmuş dövlətciklərin taleyi müxtəlifdir. Üç Baltikyanı dövlətcik tez-tələsik Avropa İttifaqına pərçim olub mühüm müşküllərin məsuliyyətini Brüssel məmurlarına həvalə etdilər və “ölüm, ya qalım” sualının cavabını tapmaq məsuliyyətindən guya ki, xilas oldular.
Mərkəzi Asiya dövlətcikləri geriyə, orta əsrlərə təbii dönüş mərhələsini yaşayıb bir böhrandan digərinə dığırlanır və talelərinin necəliyini heç cür təsəvvür edə bilmirlər. Onların gələcəyi xalqdan deyil, hakimiyyətdə kimin olmasından çox asılıdır.
Saparmurad Türkmənbaşının Türkmənistana vurduğu möhürü Qurbanqulu Berdımühəmmədov sildi, onun möhürünün də silinəcəyi heç bir şübhə doğurmur.
Ruslar kolxoz sədri İmaməli Rahmonovu Tacikistanın rəhbərliyinə 80 min insanın həyatına son qoymuş vətəndaş müharibəsindən sonra gətirib qoydular. Ölkə indi dönüb olub kolxoz, bütün vəzifələrdə Rahmonovun kəndliləri və ailə üzvləri əyləşib MDB-nin ən kasıb ölkəsinin var-yoxunu ciblərinə doldururlar.
Qırğızıstanda dövlət çevrilişlərinin adını inqilab qoyub ölkəni qarət etmək naminə müxtəlif tayfaların dava-dalaşına “demokratiya uğrunda mübarizə” kimi uydurma ad qoşdular. Birinci prezident Rusiyada, ikincisi Belarusda, üçüncüsü zindanda yaşayır, dördüncünün aqibəti sonradan bilinəcək.
Özbəkistanın rəhbərinin ailəsi İslam Kərimov hələ sağ ikən dağılmağa başladı, indi bəziləri xaricdə, bəziləri ev dustağı, ölkənin gələcəyi yenə birinci şəxsin məzacından asılıdır.
Az-çox uğurla son 30 ili yaşamış dövlətcik Qazaxıstandır ki, onun da aqibəti Nursultan Nazarbayev hakimiyyətdən gerçəkdən gedəndən sonra bəlli olacaq.
Mərkəzi Asiya dövlətcikləri üçün ümumi olan qohumbazlıq, yerlibazlıq, qarət, yalan, zülm və rüşvətxorluqdur ki, yerli əhalinin ümumi mədəniyyətini açıb ortaya qoymuşdur.
Təbii ki, üzdə rəsmi təbliğat bu dövlətciklərin “analoqu olmayan inkişafı” barəsində saysız yalan-palan kitablar, filmlər və verilişlər yaymaqdadır.
Moldova, Azərbaycan, Gürcüstan və Ukrayna hakim zümrələrin kütbeyinliyi və əhalinin zır savadsızlığı ucbatından ərazisinin əhəmiyyətli və müstəqilliyinin ciddi hissəsini itirmişdir.
Bu, faciədirmi? Həqiqəti anlayan vətənpərvər insanlar üçün bu, faciə sayıla bilərdi, lakin xoşbəxtlikdən əhalinin mütləq əksəriyyəti gerçəkliyi dərk etmək qabiliyyətindən tam məhrumdur və buna görə şad-xürrəm zindəganlıq edir.
Ermənistan müstəsna vəziyyətdədir. O, yeganə sabiq müttəfiq sovet respublikasıdır ki, öz sabiq müttəfiq respublika statusunu qoruyub saxlayıb. Yəni xarici sərhədlərini rus sərhədçiləri qoruyur, ərazisində xərcini özü ödədiyi rus hərbi bazası durur, nəfəsini dərəndə Kremldən icazə istəyir. Bütün bu acınacaqlı və rişxənd doğuran zillətə rəğmən erməni xalqı xoşbəxtdir və qürur hissindən az qala qəşş edir, zira Rusiya Qarabağı Azərbaycandan alıb Ermənistana verib, həm də bu yaxınlarda Yerevan klanı çevriliş edib Qarabağ klanını hakimiyyətdən kənarlaşdırıb və indi kütlə ümid edir ki, dövlətcik səmtini artıq demokratiyaya tutub.
İndi erməniyə izah etməyə başlasan ki, onlarınkı kimi cəmiyyətlərdə demokratiya mümkün olan şey deyil, deyəcək ki, turkesin gözü bizim uğurları götürmür. Odur ki, heç zad deməyib sadəcə onların qaçılmaz acı aqibətini gözləmək lazımdır.
Qayıdaq Azərbaycana. Bizim dövlətcik nümunəvi uğursuz dövlətdir. Xoşbəxtlikdən, cəhalət əhaliyə bunu dərk etməyə mane olur. Odur ki, əhali tikdikləri çoxsaylı şadlıq saraylarında durmadan atılıb-düşür və neft pullarını xəzəl kimi xərcləyir.
Mənəvi tənəzzülün ilk və danılmaz əlaməti odur ki, hakimiyyət əhaliyə durmadan yalan deyir, əhali bunu gözəl bilir və qəbul edir. Yalan dövlətin təməlində durur və bütün sahələri əhatə edir. Ənənəvi müxalifətin əhaliyə danışdığı hekayə büsbütün yalan üzərində qurulub. Bu yalan hekayənin bir hissəsi hakimiyyətə əl verir və o da bu yalana dəstək verib öz yalanını quraşdırır.
Özünü respublika adlandıran, əslində isə klassik istibdad olan bu dövlətcikdə heç bir qurum səmərəli işləmir və işləyə də bilməz. Vicdan və qanunla işləmək istəyən prokuror Səfərovun taleyi nə oldu? Şərləyib həbs etdilər və çıxdaş edib cəmiyyətin təkinə atdılar. Niyə? Çünki prokurorluq qurumu büsbütün, aşağıdan yuxarı, zülm və rüşvət üzərində qurulub, qayəsi də xalqı əzib həqiqəti susdurmaqdır.
Kim cəsarət edib deyər ki, bizim məhkəmə sistemində bir nəfər vicdanlı və müstəqil hakim var? Beləsi tapılsa, onu mütləq həkimə göstərmək lazımdır.
Kim deyər ki, bizim səhiyyə sistemi əhalinin sağlamlığını qoruyur? Desə, qafildir, vəziyyətdən bixəbərdir. Səhiyyə sistemi xalqı soyan və xəstələrin taleyinə tam biganə bir qurumdur, onu tapşırıblar prezidentin yaxın qohumuna və heç kim onun bəd rəhbərliyinə söz də deyə bilməz.
Bizim təhsil sistemi əsasən səmərəsiz işləyir, səbəb də gün kimi aydındır: dövlət və cəmiyyət təhsil sistemindən savadlı, cəsarətli və vətənpərvər məzunlar deyil, ələbaxan, sözəbaxan, gözüqırpıq və daxilən sınmış məxluqlar gözləyir.
Sifariş qəbul edilib və yerinə yetirilir.
Bizim ictimai elmlərin əsas vəzifəsi hakimiyyətin yalanlarını bəzəyib xalqa həqiqət kimi çatdırmaqdır. Bu işlə bizim media da ciddi-cəhdlə məşğul olur.
Bütün dünyada qeyri-hökumət təşkilatlarını cəmiyyətin “keşik köpəkləri” adlandırırlar, çünki onların vəzifəsi cəmiyyətə ziyan gətirə biləcək istənilən qanunsuzluğu aşkar və faş etmək, hürüb əhalini duyuq salmaqdır. Qayəsi xalq malını qarət edib yağmalamaq olan hakimiyyətimiz belə QHT-lərə qarşı səlib yürüşü başladı və uğurla apardı. Nəticədə bir-iki özəyi və insanı çıxmaq şərtilə Azərbaycan vətəndaş cəmiyyəti sayıq və cəsarətli “keşik köpəkləri”ndən deyil, qorxaq və ələbaxanlardan ibarətdir.
Bu dövlətciyin parlamenti yoxdur, çünki orada əyləşənlərin heç birini əhali seçməyib, hamısı Prezident Aparatında təsdiq olunub və söz demək icazəsini almadan cınqırını belə çıxara bilməzlər.
Bu dövlətciyin nazirlər kabineti içi boş müqəvvadır, heç bir səlahiyyəti yoxdur və belə səlahiyyətə iddia etməyə cəsarəti də çatmaz.
Bu dövlətciyin ərazisində yaşayanların heç bir vətəndaş hüququ yoxdur, quru kağız parçası olan Konstitusiyada yazılmış heç bir hüququndan istifadə edə bilməz. Xoşbəxtlikdən, əksəriyyət bu hüquqlardan bixəbərdir və özünü xoşbəxt sayır.
Müasir zəmanə amansız rəqabət dünyasıdır. Millətlər arasında ərazi və təbii sərvətlər, bazarlar, elmtutumlu istehsal uğrunda kəskin çarpışma gedir. Azərbaycan əhalisi bu çarpışmadan kənardadır, əksəriyyətin bundan heç xəbəri belə yoxdur. Vəziyyətdən hali olan və az-cox qabiliyyəti olan kəslər başlarını götürüb bu sevgili diyardan köçüb gedirlər, zira böhrandan çıxış yolu tapmaq üçün cəmiyyətdə heç bir təpər, potensial görmürlər.
Beləliklə, cəmiyyətin qaymağı götürülür.
Nəzərə alsaq ki, bi qaymaq götürülmə əməliyyatı Azərbaycanda 50 ildən artıqdır ki, davam edir, deyəsən, daha götürülməyə heç zad qalmayıb.
Əhalinin sayı artdıqca, keyfiyyəti düşür. Yalanla həqiqət arasında uçurum dərinləşdikcə, naümidlik artır və çarəsiz insanların köçmək qətiyyəti də möhkəmlənir.
Keyfiyyətsiz hakim zümrə və toplum qaçılmaz böhranın çarəsini tapa bilməyəcək və dövlətcik SSRİ-nin taleyini təkrar edəcək.
09.12.19, 11:42
Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı 09.12.19, 11:39
Azərbaycanın bu bölgələri qara büründü 09.12.19, 11:38
Rusiyasız da bacararıq, ancaq... - İran 09.12.19, 10:19
“Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir” –Maduro 09.12.19, 09:44
Şəkərli diabet xəstələri üçün TƏBİİ DƏRMAN 09.12.19, 09:26
Keçmiş hərbçi ətrafdakıları güllələdi - Azı 5 ölü 09.12.19, 09:21
Məktəb direktorunun qızı özünü binadan atıb 09.12.19, 09:18
Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib 09.12.19, 08:57
Keçmiş prezidentə yumurta atdılar 09.12.19, 08:52
Nazir açıqladı: Rusiyadan böyük dostumuz yoxdur! 09.12.19, 08:49
Bakıda bacı və qardaş bıçaqlandı 08.12.19, 22:47
Sağlam olmaq istəyən püstə yesin 08.12.19, 22:19
Mindən çox qaçqın Suriyaya qayıtdı - Son statistika 08.12.19, 22:07
Tramp demokratları "avara" adlandırdı 08.12.19, 21:57
7500 yəmənli uşaq Ərəbistanın təcavüzünün qurbanı olub 08.12.19, 21:56
Həmasdan İsrailə xəbərdarlıq: Səbrimiz daşır 08.12.19, 21:48
Şoyqu açıqladı: Münasibətlər pisləşir 08.12.19, 11:07
Putin Lukaşenkoya teleqram göndərdi 08.12.19, 09:25
Düşməndən amanda qalmağa yardım edən Quran surəsi 08.12.19, 09:12
Lukaşenko Putinlə 5 saat müzakirə apardı 08.12.19, 08:59
İran yeni PUA-nı təqdim etdi: Harada istifadə ediləcək? 08.12.19, 08:49
Rusiya ABŞ-ın hərbi texnikasını vurub 08.12.19, 08:45
İstirahət günlərində gözlənilən hava proqnozu 07.12.19, 19:14
İranla ABŞ arasında mühüm gedişat - Girov 07.12.19, 17:18
Jirinovski: Qərb ruslara ikinci növ adamlar kimi baxır 07.12.19, 16:53
Məktəbin həyətində 18 yaşlı oğlan bıçaqlandı 07.12.19, 16:38
Morales Kubaya getdi 07.12.19, 11:50
İslam ölkələri universitet tələbələri Azərbaycanda islamçılara yaradılan məhdudiyyətlərə etiraz edib 07.12.19, 11:49
Ərdəbildə Nardaran şəhidləri anılıb 07.12.19, 11:27
Kürdəxanı məktəbində şagirdlər soyuqdan donur 07.12.19, 09:29
Abşeronda məktəbdə 17 yaşlı yeniyetmə bıçaqlanıb 07.12.19, 09:23
Merkel Hitlerin 1 milyon insanı öldürdüyü düşərgədə 07.12.19, 09:21
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz 07.12.19, 09:01
Mərakeş kralı Amerika dövlət katibini qəbul etmədi 07.12.19, 08:58
Sudan da Ərəbistanı tək qoyur 07.12.19, 08:57
7 dekabrda gözlənilən hava şəraiti 06.12.19, 12:11
ABŞ rusiyalı haker üçün 5 milyon mükafat elan etdi 06.12.19, 10:49
ÇARƏSİZLİKDƏN ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ - VİDEO 06.12.19, 09:47
Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb, vəziyyətdə ağırdı 06.12.19, 09:34
Rusiyanın bütün idman obyektlərində namaz otaqları olacaq 06.12.19, 09:29
Ölkəmiz Rusiya qarşısında təhdid altındadır - Rud 06.12.19, 09:28
NATO təşvişdə: Yeni rəqibi var - Təhlükə yaxınlaşır 06.12.19, 09:25
İzmirdə atışma - 10 yaralı 06.12.19, 09:21
Avropa öz ordusunu qurmağa çalışsa da... - Professor 06.12.19, 09:16
6 dekabrda gözlənilən hava şəraiti 05.12.19, 22:55
Yəmən ordusu təcavüzkar Ərəbistana aid PUA-nı vurub 05.12.19, 22:37
Fransada müddətsiz nümayişlər başlandı 05.12.19, 22:34
İranda Universitetdə terrorun qarşısı alındı 05.12.19, 16:53
Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı 05.12.19, 16:48
Hələbdə partlayış: 5 türk əsgəri öldü 05.12.19, 16:45
Lukaşenko: Rusiya bizə hücum etməz! 05.12.19, 10:00
Lənkəranda 25 yaşlı gənc qisas zəminində bıçaqlanıb 05.12.19, 09:58
Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı 05.12.19, 09:46
Belarusa övladlarım rəhbərlik etməyəcək - Lukaşenko 05.12.19, 09:44
ABŞ-da Hərbi hissəyə silahlı hücum - ölən var 05.12.19, 09:42
Bakıda avtobus sürücüsü sərnişini döydü 05.12.19, 09:40
Alimlər göz üçün elə bir linza yaratdı ki... 05.12.19, 09:34
Zabit dünyasını dəyişdi 05.12.19, 09:31
Ronaldo Messi ilə rəqabətindən danışdı 05.12.19, 09:22
Ötən ay 370 minə yaxın suriyalı vətəninə qayıdıb 05.12.19, 09:16
Putindən Bolqarıstana xəbərdarlıq: Məqsədli edirsiniz! 05.12.19, 09:11
5 dekabrda gözlənilən hava şəraiti 04.12.19, 12:33
Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib” 04.12.19, 12:16
Cəlalabadda yaponlara hücum: 5 nəfər öldürüldü 04.12.19, 11:27
Tərtərdə doğuş zamanı körpə ölüb –Cinayət işi açılıb 04.12.19, 10:38
Putin: Bu, Rusiya üçün potensial təhdiddir 04.12.19, 10:37
Makron: Yeni “raket razılaşması” Avropasız olmamalıdır 04.12.19, 10:34
Almaniyadan ABŞ-a cavab: Sanksiya olsa, cavab verəcəyik 04.12.19, 10:29
Milli Məclis özünü çoxdan buraxıb - VİDEO 04.12.19, 09:32
Messidən etiraf: “Ronaldo mənə çatanda pis olmuşdum” 04.12.19, 09:17
BMT İsraildən Holan yüksəkliklərini tərk etməyi tələb etdi 04.12.19, 09:11
Şimali Koreyada utopiya-şəhərinin açılışı olub 04.12.19, 09:04
İraqda ABŞ hərbçilərinə hücum: 5 raket atıldı 04.12.19, 09:02
Piyada gəzməyin 15 faydası 04.12.19, 08:58
Litvadan NATO-ya Rusiya çağırışı 04.12.19, 08:57
4 dekabrda gözlənilən hava şəraiti və xəbərdarlıq 03.12.19, 22:59
Makrondan Rusiya ilə bağlı gözlənilməz - Çağırış 03.12.19, 21:27
İranda iğtişaşlar törətməyə cəhd edən dəstə üzvləri həbs edilib 03.12.19, 21:14
Pompeo “Deyingən qarı”dır - Çin 03.12.19, 21:08
Əbu Bəkr Bağdadinin əmisi oğlu həbs edildi 03.12.19, 21:06
Ərəbistanda daha 5 nəfər şiə edama məhkum olundu 03.12.19, 21:01
İraqda İŞİD Həşd-Şəbi qüvvələrinə hücum edib 03.12.19, 12:07
İslamı yeni qəbul etmiş cənubi koreyalı İmam Rzanın (ə) hərəmində: “Müsəlmanların xeyirxahlığı məni cəlb etdi” 03.12.19, 11:32
Ərdoğanın yaxın adamı Davudoğlunun partiyasında – Yeni gəlişmə 03.12.19, 11:28
Nar şirəsinin saymaqla bitməyən FAYDALARI 03.12.19, 11:23
Bu il Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub? - SİYAHI 03.12.19, 11:09
ABŞ İran neft ixracını sıfırlaya bilmədi - Cahangiri