Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2019

“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik”

İran hakimiyyəti Fars körfəzində istənilən vaxt istənilən gəmini ələ keçirə bilər, hətta onu Amerika və ya Britaniya qüvvələri müşaiyət etsə belə.

Belə təhdidlə İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Təngsiri çıxış edib. İran televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Və hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da deyib ki, əgər körfəzdə hansısa formada işğalçı İsrail qüvvələri görünsə bu müharibəyə gətirib çıxaracaq.

Admiral Əlirza Təngsiri ABŞ və Böyük Britaniyanı körfəzdəki hərbi iştiraklarına haqq qazandırmaq üçün “müxtəlif ssenarilər” uydurmaqda günahlandırıb. Deyib ki, Amerika tərəfi əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP