Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2019

Çindən İngiltərəyə: Daxili işlərimizə qarışma!

Honkonq artıq İngiltərənin müstəmləkəsi deyil.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyunq deyib. O, İngiltərə XİN rəhbərinin Honkonqun liderinə zəng edərək təzyiq göstərməsini xəta adlandırıb:

“Xüsusilə qeyd etmək istərdim ki, bu gün Honkonq Çin Xalq Respublikasının xüsusi bir inzibati bölgəsidir. Artıq bir İngiltərə müstəmləkəsi deyil. İngiltərədən dərhal Honkonqa qarışan və Çinin daxli işlərinə müdaxilə edən davranışları dayandırmağını tələb edirik”.

Qeyd edək ki, Honkonq hökuməti ötən gün İngiltərə XİN rəhbəri Dominik Rabın rəhbəri Kerri Lama zəng etdiyini və tərəflərin 20 dəqiqə danışdıqlarını açıqlamışdı.
123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP