Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2019

“Arvadı girovluqda qalan kişinin yaxşı xiyar becərməsi ilə qürrələnməsi biqeyrətlikdir...”

İşğalçı, separatçı ermənilərin dünyanın hər tərəfindən minlərlə soydaşlarını bizim torpaqlarımıza, şəhərlərimizə toplamaqla ümumerməni oyunlarının təntənəli açılışını keçirməsi və orada bir daha bütün dünyaya Qarabağın Ermənistanın tərkib hissəsi olmasını bəyan etməsi namusu, qeyrəti olan hər bir Azərbaycan vətəndaşına od qoydu.... Bu, faktdır... Buna şübhə ola bilməz...

****

Yenə bəzi yaltaq-yultaq, ütülü adamlar, pulitoloqlar, siyasi şərçilər-filanlar başlayıb ki, əşşi, bu erməni oyunları da boş şeydi, Paşinyanın Qarabağdakı çıxışı da hakimiyyətini möhkəmləndirmək üçün növbəti şou idi. Bu cür danışıb-danışıb axırda da yenə deyəcəklər ki, “Azərbaycan bir qarış da torpaq verməyəcək, lazım gəlsə, ordumuz torpaqlarımızı işğaldan azad edəcək...”

***

Adama deyərlər ki, erməninin, Paşinyanın, Saakyanın Qarabağda göstərdiyi şoudan birini də sən get orada göstər görək... Yox, o torpaqlara addımını basa bilmirsənsə, heç bir prosesə müdaxilə etməyi bacarmırsansa, barı sus, səsini çıxarıb xalqın heysiyyatıyla oynama...

***

Bəziləri də Paşinyanın Xankəndidə Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin ona sözlə cavab verməsini, yaxud bir rəsminin "Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində ”Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edirik" cümləsini “sərt, tutarlı cavab” adlandırır...

***

Bəsdir, özümüz-özümüzü və xalqı 25 ildən çoxdur aldatdığımız, cənablar, xanımlar, yoldaşlar! Torpağı 30 ildir işğal altında qalan xalqın sərt cavabı sözlə olmur, silahla, raketlə, topla, tankla olur...

***

1987-1988-ci illərdə Qarabağ “problemi” supergüclər tərəfindən yenicə qondarılanda da “əşşi” deyərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsini “nağıl”, adlandırırdıq, indi isə Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsi barədə bəyanatını “utopiya” kimi dəyərləndiririk...

***

Cənablar, xanımlar, artıq 25-26 ildir ki, nəinki Dağlıq Qarabağ, Azərbaycanın digər ətraf 7 bölgəsi də de-fakto Ermənistana birləşdirilib. Qalır bu gerçəkliyi hüquqi sənədlərlə de-yure etmək – bunu da super güclərin icazəsi olmadan İrəvanın etməsi hələlik mümkün deyil. Çünki münaqişənin belə qeyri-müəyyən vəziyyətdə uzanması hələ həmin güclərə lazımdır. Odur ki, hazırkı şəraitdə bizim İrəvanı, Zəngəzuru azad edəcəyimiz barədə populist bəyanatlarımızı “utopiya” adlandırmaq daha doğru olardı...

***

Əgər hüquqi-tarixi Azərbaycan torpaqlarında iyunda keçirilmiş “CONİFA” Avropa futbol çempionatını və hazırda keçirilən 7-ci ümumerməni oyunlarını durdurmağa gücümüz yetmirsə, sentyabrda keçiriləcək “bələdiyyə seçkiləri”ni də bu minvalla yola verəcəyimizi biliriksə, yaxşı olar ki, bir neçə kəlmə hüquqi cavab verdikdən sonra susaq. Bunun ardınca hər hansı uğurdan, qələbədən, nə bilim, sərt cavabdan danışmayaq. Bunun əvəzində sakitcə səfərbər olunaq, güc toplayaq və gözlənilmədən ildırımsürətli savaşla torpaqlarımızı azad etməyə çalışaq. Yox, buna da “beynəlxalq vəziyyət” imkan vermirsə, yenə susmaq məsləhətdir...

***

Ümumiyyətlə, torpağı işğal altında qalan ölkənin, xalqın hər hansı digər sahədə uğurdan, inkişafdan ağızdolusu danışması çox bayağı, gülünc səslənir. Lap doğrudan da hər nə qədər uğur əldə etsə, belə...

***

Əgər bu gün Şuşanı, Kəlbəcəri, Laçını, Murovu, Dəlidağı, İşıqlı dağı, Kirsi, Hoçazı, Sarıbabanı, Ziyarət dağını azad edə bilmiriksə, innən belə, Nyu-Yorkdakı keçmiş “əkiz qüllələr”in, yaxud Dubaydakı Xəlifə bürcünün Bakıda oxşarını yaratsaq da, lap vətəndaşımızı kosmosa uçursaq da, faydası yoxdur... Çünki bu, itirilmiş ümummilli qeyrətimizi əvəzləməyəcək. Öncə xalqın Qarabağda tapdanmış namusunu, qürurunu, vüqarını qaytarmaq, bərpa edib ucaltmaq gərəkdir... Axı digər müsəlman, türk xalqları kimi, Azərbaycan xalqı üçün də tarixən torpaq, Vətən namus, qeyrət hesab olunub... Necə ki, ana, ailə, övlad, qız namus-qeyrət sayılıb və sayılır...

***

Anası, yaxud arvadı, qızı illərlə düşmən girovluğunda qalan kişi cinsindən olan adamın yüzlərlə qoyun-keçi saxlamasından, bağında, bostanında bolluca və keyfiyyətli qoz-fındıq, alma-armud, kartof-soğan, pomidor, xiyar, badımcan, boranı yetişdirməsindən danışması nə qədər bayağı, nə qədər gülünc, lap düzünü desək, xoşqeyrətlik, biqeyrətlik kimi səslənir... Əlbəttə, əgər o kişinin(?) özü, doğmaları, övladları yaşadığı toplumda namus, qeyrət, vicdan kimi əxlaqi dəyərlər öz funksiyasını itirməyibsə...

***
Bəşəri, islami, milli mənəvi-əxlaqi kateqoriyalarını itirmiş toplum və onu təmsil edən kişi(?) üçün isə, əlbəttə, nəinki torpaq itkisi, Vətən, heç şəxsi əxlaqi-mənəvi itkilər də, məsələn, anasının girov düşməsi, yaxud arvadının, qızının gündə bir kişinin, oğlanın yatağında yatması da ona fərq etməyəcək və o irişə-irişə ağzına gələni danışıb gərəksiz həyatını davam etdirəcək...

Allah Özü bizlərə bir xalq olaraq iman, ağıl, qeyrət və təpər versin!..

Sultan Laçın
172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP