Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2019

Hindistana müdaxilə edilməsə, nəticəsi pis olacaq - Xan

Pakistanla Hindistan arasında müharibə başlasa, qalib olmayacaq, ancaq bu müharbə bütün dünyaya təsir göstərəcək.

Bu açıqlama ilə Pakistan Baş naziri İmran Xan çıxış edib.

"Dünya beynəlxalq hüququ tapdalayan bu ölkəyə müdaxilə etməsə, nəticələri pis olacaq. Hindistana ərazimizdə terror təşkilatlarının olmadığını və bütün partiyaların iştirakı ilə bir tədbir gördüyümüzü söylədik, ancaq hiss etdim ki, Hindistan dialoqa gəlməyəcək. Bir müddət öncə verdikləri qərarla da bunu göstərdilər", - Xan vurğulayıb.

Qeyd edək ki, son günlər Kəşmir məsələsiylə əlaqədar Hindistanın ABŞ və Pakistanla münasibətləri gərginləşib. Dehlinin Kəşmirin xüsusi statusunu ləğv etməsi Pakistanın etirazına səbəb olub. Üstəlik, İslamabad ABŞ-dan Hindistanla arasında vasitəçi olmasını istəyib.
128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP