Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2019

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox!

Yəmən Ali Siyasi Şuranın üzvü Məhəmməd Əli əl-Husi ABŞ prezedentinin Yəmən barədə son açıqlamasına münasibət bildirib və ondan ərəb ölkələrini “sağmasını” davam etdirməyi istəyib.
Əl-Husi öz Tvitter səhifəsində yazıb: “Tramp Hörmüz boğazında İranla qarşılaşmada məğlub olub. Ona görə də yenidən Yəmən bəhanəsi ilə Fars körfəzinin ərəb ölkələrini sağmaq istəyir.”
Ali Siyasi Şuranın üzvü vurğulayıb: “Tramp öz çirkin oyununda Körfəzin ərəb ölkələrini Yəməndən qıraqda sağsın.”
Xatırladaq ki, “sağmaq” siyasi termini Amerikanın Fars körfəzinin ərəb ölkələri barəsində işlətdiyi ifadədir. Donald Tramp 2016-cı il prezident seçkiləri təbliğatında demişdi ki, Ərəbistan süd verən inəkdir, onu sağmaq, südü qurtardıqdan sonra isə başını kəsmək lazımdır.”
196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP