Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2019

“Gizli sənəd” yayıldı: Türkiyədə nüvə başlıqları var

ABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və nüvə bombası saxlayır. Bunlardan 50-si Türkiyədə - Adanada yerləşən İncirlik hərbi bazasındadır.

Bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı “gizli sənəd”də deyilib.

Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı var (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).

NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:

* Belçika - Kleyn Brogel aviabazası,

* Almaniya – Büşel bazası,

* İtaliya - Aviano və Gedi-Torre bazaları,

* Hollandiya - Volkel aviabazası,

* Türkiyə - İncirlik aviabazası.
185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP