Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2019

BƏƏ Yəməndən çıxdı - Ərəbistan müsəlman ölkəsinə qarşı müharibədə tək qalıb

Son günlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz hərbi qüvvələrini Yəməndən geri çəkməsi ilə bağlı bəyanat yayıb. BƏƏ-nin Yəmən əleyhinə hərbi koalisiyadan çıxması Ərəbistanı müsəlman ölkəsinə qarşı müharibədə tək qoyub və 5 il boyunca Yəməndə heç bir uğur qazana bilməyən, bu müharibəyə görə beynəlxalq aləmdə vəhşi simaya çevrilmiş Ərəbistan müharibədən abırlı şəkildə çıxmaq barədə yollar axtarır.

Rəy əl-Yəvm qəzeti sionist rejim şərqşünası Tezvi Bariyelin BƏƏ-nin öz qüvvələrini Yəməndən çıxarması ilə bağlı fikirlərini dərc edib. Sionist şərqşünas bu barədə deyib: “BƏƏ-nin öz qüvvələrini Yəməndən çıxartdığını xəbər verməsinin mənası odur ki, bu ölkə özünü müharibədən çıxartmışdır və Ərəbistanı bu müharibədə tək qoymuşdur.”
Şərqşünas əlavə edib: “Bunun mənası odur ki, Bin Zayed müharibənin uzanımasından yorulub. Xüsusilə də Yəmən müharibəsi BƏƏ-nin sabitliyini təhdid edir. Artıq əmirlər müharibə üçün Bin Zayedə kömək etmək istəmirlər, ABŞ və Ərəbistanın İranla münasibətlərinin gərginləşməsinin ardınca BƏƏ-nin İranın hərbi hücumlarına məruz qalmaması üçün Bin Zayedin Yəmən müharibəsindən çıxması istiqamətində ona təzyiq edirlər.”

Tezvi vurğulayır ki, BƏƏ-nin Yəməndən çıxmasının arxasında siyasi mövzular dayanır. BƏƏ Ərəbistanın bütün problemlərində yer almaq istəmir. Xüsusilə də Ərəbistana silah satmaq barədə Konqres və Tramp arasında ixtilaflar böyüdüyü, bu ölkədə Ərəbistana görə siyasi konfliktlər artdığı bir vaxtda. Ərəbistanda insan haqları durumuna və vəliəhd Məhəmməd bin Salmanın tənqidçi jurnalist Camal Kaşikçinin qətlində məsuliyyətinə, habelə Yəməndə böyük bir insani faciə yaratdığına görə amerikalı siyasətçilər Trampın Ərəbistana sanksiyalar tətbiq etməsini tələb edirlər. 

Sionist şərqşünasın fikrincə, BƏƏ-nin Yəməndən çıxmaqla bağlı qərarı Ərəbistanın Yəmən əleyhinə koalisiya müttəfiqləri ilə daimi ixtilafını da ifşa edir. Yəməndə husiləri hakimiyyətdən uzaqlaşdırmaq istiqamətindəki ABŞ-Ərəbistan planı müttəfiqləri bir-birindən uzaqlaşdırmaqdadır. Husilərə qarşı müharibə məqsədilə yaranmış koalisiyanın başında Ərəbistan və BƏƏ dayanırdı, Misir və Sudan da bu koalisiyanın simvolik üzvləri idi. Lakin qısa bir müddətdən sonra Qahirə bu koalisiyadan çıxdı və yalnız məşvərətçi kimi çıxış etməyə üstünlük verdi. (Mərakeş də rəsmi şəkildə koalisiyadan çıxdı və hərbi qüvvələrini öz ölkəsinə qaytardı.) Pakistan isə Ərəbistanın təzyiqlərindən sonra bir neçə hava hücumlarında iştirak etməklə kifayətləndi. Zaman ötdükcə iki əsas müttəfiq: Ərəbistan və BƏƏ arasında da strateji ixtilaflar özünü göstərməyə başladı. Çünki Ərəbistan hərbi əməliyyatların Yəmənin şimalında, yəni husilərin Abha və Cizan aeroportlarını bombaladığı bölgələrə qarşı mərkəzləşdirilməsini istəyir. BƏƏ isə Yəmənin cənub cəbhəsinə, xüsusilə də Ədən cəbhəsinə üstünlük verir. BƏƏ gündəlik 3 milyon barell neft ötürülən Qırmızı dənizin dünya neft darvazasını ələ keçirmək haqqında düşünür. Bu məsələ isə Ərəbistanın Yəməndə müdaxilələri və siyasətləri ilə təzadlıdır.
272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP