Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2019

Kadırovdan Putini söyən jurnalistə ağır sözlər

Çeçenistan lideri Ramzan Kadırov Gürcüstanın “Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirilmiş təhqirlərə kəskin reaksiya verib.

Kadırov qalmaqallı proqramın aparıcısı Georgi Qabuniyanı şərəfsiz, qorxaq adlandırıb, onu kişi hesab etmədiyini bildirib.

Kadırov həmçinin jurnalistin ən ağır şəkildə cəzalandırılmasını istəyib. Onun sözlərinə görə, bu canlı efirdə sərf olunan sözlər Qafqazda heç bir halda istifadə olunmur.

Kadırov hadisəni iyrənc bir təxribat adlandırmaqla bərabər, gözlənilmədən baş verən insident zamanı canlı yayımın dərhal dayandırılmalı olduğunu da söyləyib.

Cavab tədbiri kimi Çeçenistan rəhbəri Gürcüstana gedən bütün yolları bağlamağı təklif edib.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib.
316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.09.19, 12:07
Qubaya güclü qar yağdı
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP