Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2019

Həsən Ruhani: "Uranı daha da zənginləşdirəcəyik"

“Bu il iyulun 7-dən etibarən uranın zənginləşdirməsi daha 3,67% səviyyəsində olmayacaq”.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, nüvə sazişi ilə bağlı öhdəlikləri bir kənara qoyub, zənginləşdirmə səviyyəsini yuxarı qaldıraraq istədikləri səviyyədə saxlayacaqlarını bildirib.

Xatırladaq ki, İran tərəfi ABŞ-ın nüvə sazişindən çıxmasının ili tamam olanda – mayın 8-də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bir sıra öhdəliklərinin, o cümlədən zənginləşdirilmiş uran və ağır su ehtiyatları üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdığını elan edib.
278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP