Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2019

Yəməndə hər gün 12 ana və körpə ölür

UNİCEF (BMT Uşaq Fondu) Yəməndə uşaqların vəziyyəti ilə bağlı hazırladığı son hesabatında bu ölkədə uşaqların durumunun olduqca acınacaqlı olduğunu bildirib və Ərəbistanın Yəməndə hüzurunu bərk pisləyib.
Hesabatda deyilir ki, Ərəbistan beynəxlaq qanunları açıq-aşkar şəkildə pozaraq Yəməni viran edir, Yəmənin şəhərlərinə qida maddələrinin çatdırılmasına mane olur.
UNİCEG-in açıqlamasına görə, 2 il yarımdan çoxdur ki, bu ölkədə işçilər öz maaşlarını ala bilməyib və bu məsələ səhiyyə xidmətinin daha da aşağı enməsinə səbəb olmuşdur. Xəstəxanaların fəaliyyəti dayanmaq üzrədir. Bundan əlavə, Ərəbistan qida maddələrinin yəmənlilərə çatdırılmasına mane olur, uşaqlar hər gün qidasızlıqdan əziyyət çəkir. Hal-hazırda Yəmənin səhiyyə və qida maddələrini təmin edən təsisatların 51 faizi məhv olmuşdur.
2013-cü ildə hamilə analar və körpə uşaqların ölümü hər gün üçün 5 nəfər olmuşdur. UNİCEF-in hesabatına görə isə bu rəqəm 2018-ci ildə hər gün üçün 12 nəfərdir.
Statistikalar görə, Yəməndə doğulan hər 30 uşaqdan biri səhiyyə imkanları olmadığı üçün həyatını itirir.
662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP