Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2019

İraqın müdafiə naziri terrorçularla mübarizədə Bağdada kömək etdiyi üçün İrana təşəkkürünü bildirib

İraqın yeni müdafiə naziri Nəccah Həsən əl-Şamri iranlı general Mustafa Muradian ilə görüşündə iki ölkə arasında müdafiə-hərbi münasibətlərə və ikitərəfli əməkdaşlığı gücləndirilməsinə təkid edib.

Müdafiə naziri İŞİD terror qrupu ilə mübarizədə İraqa kömək edən ölkələrə və xüsusi olaraq İran İslam Respublikasına minnətdarlığını bildirərək deyib: “İran və İraq iki qonşu ölkə olaraq dost və qardaş kimi bir-birinin yanındadır.”
Əl-Şamri bu görüşdə Bağdadda İraq, İran, Rusiya və Suriya olmaqla terrorizm əleyhinə dördtərəfli mərkəzin gücləndirilməsini vurğulayıb və bu mərkəzin son illərdə göstərdiyi fəaliyyəti alqışlayıb.
Görüşdə Muradiyan İran müdafiə naziri Əmir Hatəminin təbrik məktubunu yeni seçilmiş müdafiə nazirinə təqdim edib, İranın müdafiə-hərbi sahədə dost və qardaş ölkə İraqla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP