Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2019

Həzrət Ayətullah Xamenei: Ərəbistan tövbə etsin, tövbə yolu açıqdır

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei bu gün Fitr bayramı münasibətilə çıxışında müsəlmanları birliyə səsləyib, Fələstin məsələsini İslam dünyasının əsas məsələsi adlandırıb və İslama xəyanət edən bir sıra müsəlman ölkələrini tövbəyə çağırıb.

Həzrət Ayətullah əl-üzma Xameneinin bu mövzuda çıxışından əsas hissələri təqdim edirik:
- Qəsbkar bir düşmən İslam ölkələrinin ortasında, yəni Fələstində cinayətkar işlərlə məşğuldur. Bu məsələ tələb edir ki, bütün müsəlmanlar həssas olsunlar və onu öz cinayətindən çəkindirsinlər. Lakin bunun əvəzinə İslam dünyasında bəziləri onunla saziş edir və öz müsəlman qardaşları ilə qarşıdurmaya və ixtilafa qalxırlar.
- Biz Qurani-kərimin onlardan istəyini unudan müsəlman ölkələrə nəsihət edirik. Bu ölkələr (Quranın istəyinin əksinə olaraq) “möminlərə qarşı sərt”, “kafirlərə qarşı mərhəmətli”dirlər.
- Bu gün Fələstin məsələsi İslam dünyasının əsas məsələsi olduğu bir vaxtda Bəhreyndə Amerikanın göstərişi ilə Fələstin əleyhinə və onun məhv olması istiqamətində iclas keçirilir.
- Bəhreyn hakimləri bilməlidir ki, öz ayaqlarının altını qazırlar. Səudiyyəlilərə aldanmayın.
- Səudiyyəlilər özləri də (Fələstin əleyhinə) pul xərcləyirlər, lakin bu məsələ onların istəyinin əksinə və öz əleyhlərinə bitəcək. Heyif ki, bunu başa düşmürlər.
- Qayıtsınlar! Qayıdış yolu açıqdır. Tövbə etsinlər. Yaratdıqları fəsadları islah etsinlər.”
423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP