Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2019

Ali Məqamlı Rəhbər: Cavanlar Fələstin ölkəsinin onun xalqına qayıdacağı günü görəcəklər

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei bu gün Fitr bayramı münasibətilə çıxışında Fitr bayramının ismarışını İslam ölkələrinin birliyi və “müsəlman ümməti” məzmununa qayıdış adlandıraraq deyib: “Bu gün İslam dünyasının problemlərinin çarəsi Qurani-kərimin “kafirlərə qarşı sərt”, “bir-birinə isə mərhəmətlidirlər” prinsipinə əməl etməkdir. Azad düşüncəlilər və İslam alimləri Qurani-kərimin bu istəyini həyata keçirmək üçün daha ağır məsuliyyət daşıyırlar.”
İslam İnqilabının Rəhbəri düşmənin müsəlmanlar arasında qarşıdurma və müharibə yaratmaq planlarına toxunaraq deyib: “İslam ölkələri bir-birinin qarşısında dayanmaqdansa, Fələstini qəsb etmiş cinayətkar düşmənin qarşısında dayansınlar.”

Həzrət Ayətullah Xamenei sionist rejim ilə saziş etmək və müsəlmanlar arasında ixtilaf salmaq istəyən bir sıra müsəlman ölkələrinə tövsiyələrində onları tövbəyə və düzgün olmayan yoldan qayıtmağa səsləyərək deyib: “Nə üçün Liviya kimi bir sıra İslam ölkələrində iki qrup yaranaraq bir-birinin qarşısında dayanmalı və bir-birlərinin qanını tökməlidir? Nə üçün müsəlman olduğunu iddia edən bir ölkə Yəmən xalqını və bu ölkənin infrastrukturlarını bombalamalı, düşmənin istəyinə uyğun əməl etməlidir?”
İslam İnqilabının Böyük Rəhbəri Fələstin məsələsini İslam aləminin öndə dayanan məsələsi adlandırıb, İslam ölkələrindən bəzilərinin Amerika və sionist rejimin istəyinə uyğun hərəkət etməsini tənqid edərək deyib: “İran İslam Respublikası ilk gündən Fələstin xalqını müdafiə etməyə təkid etdi, dünya imperializmi qarşısında dayandı və bu müqaviməti davam etdirəcək.”
Fələstin xalqının qalib gələcəyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə edib: “İran İslam Respublikasının baxışı keçmiş ərəb başçılarının baxışlarından fərqlidir. Onlar belə inanırdı ki, yəhudiləri dənizə tökmək lazımdır. Lakin biz inanırıq ki, Fələstin xalqının hərbi, siyasi və mədəni sahələrdə mübarizəsi qəsbkarların bu xalqın istəyinə təslim olduğu vaxta kimi davam etməlidir.”

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının Fələstinin müsəlman, xristian və yəhudi sakinləri, habelə fələstinli köçkünlər arasında hökumət quruluşu barədə səsvermə keçirilməsi haqda təklifini xatırladaraq deyib: “Fələstin xalqının mübarizəsi o günə kimi davam etməlidir və Allahın lütfü ilə dinc, humanitar və dünyanın bütün müdrik insanlarının qəbul etdiyi bu mübarizədə Fələstin xalqı qalib gələcək, cavanlar Fələstin ölkəsinin Fələstin xalqına qayıdacağı günü görəcək.”
121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP